Modern.az

Azərbaycanda 34 körpə övladlığa verilib

Azərbaycanda 34 körpə övladlığa verilib

Ölkə

15 Yanvar 2013, 08:36

Bakı Şəhər Baş Səhiyyə İdarəsi: “Ölkə üzrə 3 yaşınadək körpələrin övladlığa götürmə halları azalır"

Azərbaycanda 3 yaşına qədər körpələrin övladlığa götürülmə halları azalıb. Bu barədə Modern.az-a məlumatı Bakı Şəhər Baş Səhiyyə İdarəsindən veriblər.

“Ölkə üzrə 3 yaşına qədər körpələrin övladlığa götürmə halları gündən-günə azalır. Əgər 2006-cı ildə 68 körpə, 2011-ci ildə 43 körpə övladlığa verilmişdisə, 2012-ci ildə bu rəqəm 34 olub. Bu statistikanı əsas götürərək, demək olar ki, körpələrin övladlığa verilmə halları azalıb”, – deyə Baş Səhiyyə İdarəsindən saytımıza bildiriblər.

 

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı