Modern.az

Sərdar Cəlaloğlu prezidentliyə namizəd olmaqdan imtina etdi AÇIQLAMA

Sərdar Cəlaloğlu prezidentliyə namizəd olmaqdan imtina etdi AÇIQLAMA

Ölkə

16 Yanvar 2013, 16:31

“2013-cü ildə keçiriləcək prezident seçkisinə namizədliyimi verməyi düşünmürəm”. Bunu Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri bildirib ki, hər bir demokratik lider milli və dövlət maraqları naminə öz qrup və fərdi maraqlarından imtina etməyə hazır olmalıdır. “Mən də özümü demokratik lider hesab edirəm, buna görə də hər an milli və dövlət maraqlarını təmin edəcək səviyyədə öz qrup mənafeyimizdən imtina etməyə hazırıq”.

“Əgər namizədliyi versəm, dövlət və milli maraqlarımız, gələcəkdəki demokratiya bunu tələb edərsə, mən kiminsə xeyrinə öz namizədliyimi geri götürərəm”-deyə vurğulayıb.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı