Xalq yazıçısı: “Bu, vətəndaş mövqeyimdir”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar hələ millət vəkili olan dönəmdə Şəhidlər Xiyabanında Soyqırımı Muzeyinin açılması təklifini etmişdi. Amma eks-deputatın təklifi gerçəyə çevrilmədi. Anar o zaman xeyli cəhdlər etsə də istəyinə nail ola bilmədi. Hətta AYB sədrindən sonra digər tanınmış ziyalıların israrları da nəticə vermədi.
Bu gün - 20 yanvar qətliamının növbəti anımı ərəfəsində Anar Modern.az saytına açıqlamasında bu məqama bir daha qayıdıb:
“Vaxtı ikən mən bu təklifi dəfələrlə etmişəm. Bu, mənim vətəndaş mövqeyim olub. Bu bizim gələcək üçün çox lazım olan bir amildir. Mən indi də bu fikrimdə qalıram. Soyqırımı Muzeyi açılsa, bu məni bir ziyalı və vətəndaş kimi ancaq və ancaq sevindirə bilər”.
Elmin Nuri