“Artıq Elşad Abdullayevin yaydığı videolar heç kimi narahat etmir. Çünki ortada şahidlər yoxdur”. Bu fikirləri Modern.az saytına mühacirətdə olan Mahir Cavadov bildirib. “Mən bu videolar yayılmazdan əvvəl Elşad Abdullayevə məsləhət gördüm ki, videolardakı əsas şahidləri yanına gətirsin, sonra bu addımı atsın. Lakin Elşad müəllim belə etmədi və gördüyünüz kimi, səhvə yol vermiş oldu. İndi onun videosundakı əsas şahid ortada yoxdur. Ona görə də onun yaydıqları heç kimi narahat etmir”.
M.Cavadov E.Abdullayevlə cəmi bir dəfə görüşdüyünü deyib. “Mən ona təklif etdim ki, mənim məntiqimlə hərəkət etsin. Amma o, öz bildiyi kimi hərəkət etdi. Mən də onunla əlaqəni kəsdim”. Bununla belə M.Cavadov E.Abdullayevin geriyə verilməsinin də mümkünsüzlüyünü vurğulayıb. “Bu, 28.07.1951-ci il tarixli Cenevrə Konvensiyasına əsasən mümkünsüz sayılır”.
A.Qorxmaz