Modern.az

Bakıda tutulan “avtoritetlər"in adları açıqlandı - SİYAHI

Bakıda tutulan “avtoritetlər"in adları açıqlandı - SİYAHI

Ölkə

20 Yanvar 2013, 11:41

Tutulan 11 nəfər aralarında nüfuz dairələrinin bölgüsünü aparırmış... 

Xəbər verdiyimi kimi, Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatı nəticəsində iki gün öncə Bakıda “avroritetlər”in yığıncağı dağıdılıb.

Modern.az saytı bu gün DİN-dən həmin əməliyyatla bağlı yeni məlumat alıb. Rəsmi məlumatda bildirilib ki,  Xətai rayonu ərazisindəki «Fərat» çay evində cinayətə meyilli bir qrup şəxsin toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə DİN-ə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılaraq təsdiqini tapıb.

Bununla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Etibar Abbasov, əvvəllər məhkum olunmuş Natiq Atakişiyev, Natiq Məmmədov, RF-nin vətəndaşları Xalid Umudov, əvvəllər məhkum olunmuş Əsgər Əsgərov, Tovuz rayon sakini Nemət Abdullayev, Bakı şəhər sakinləri Elman Əliyev, əvvəllər məhkum olunmuş Natiq Eyvazov, Emin Eyvazov, Zaur Məmmədov və Şəki şəhər sakini Ramil Ağasiyev saxlanılıb.

Üzərlərinə baxış zamanı E.Abbasovdan 1 ədəd «Makarov» markalı tapança, 7 ədəd patron və 11,288 qr heroin, X.Umudovdan 1 ədəd nömrəsi silinmiş «TT» markalı tapança və 5,200 qr heroin, E.Əliyevdən 1 ədəd nömrəsi silinmiş «Naqan» markalı tapança, N.Məmmədovdan 3 qr heroin, Ə.Əsgərovdan 2,150 qr heroin, N.Atakişiyevdən 3,074 qr heroin, N.Abdullayevdən 30,60 qr həşiş götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı