Türkiyənin Alanya şəhərində Rusca Danışanların Əməkdaşlıq və Həmrəylik Dərnəyinin sədri Anjelika Ancela türk mətbuatına bildirib ki, Türkiyədə fahişəlik və qadın ticarəti ilə məşğul olan şəbəkələrin əməli sayəsində bu ölkədə dürüst və namuslu Rusiya vətəndaşlarına da pis gözlə baxılır: “Bu, Alanyada yaşayan ruslar arasında narahatlıq yaradıb”.
Modern.az türk mətbuatına istinadən xəbər verir ki, A.Ancela son günlərdə polis və jandarmanın fahişə çetelərinə qarşı həyata keçirdiyi əməliyyatların Türkiyədə yaşayan ruslar tərəfindən böyük məmnunluqla qarşıladığını dilə gətirib.
Ajelika Ancela Alanyanın Sahəyə mahalında 3 minə yaxın rusun yaşadığını, onların 2 minə yaxınının qadın və bunların yarısının da türklərlə evli olduğunu söyləyib.
Alanya şəhərində türklərin rus gəlinlərinn fahişəlik cinayətləri səbəbiylə ciddi imic problemi yaşadığı, bunun ruslarla evli türk kişilərin psixologiyasına da mənfi təsir etdiyi bildirilir. A.Ancela deyib: "Nədənsə bəzi ətraflar rus qadınlara pis gözlə baxırlar. Buna görə bədbəxt olan, narahat olan bir çox insan var. İlk etapda rus qadınlara pis baxanlar onları tanıyandan sonra sevirlər və yanıldıqlarını anlayırlar. Amma çox təəssüf ki, fahişəlik şəbəkələri üzündən dürüst rus qadınlarının imici zərər görür".
Rus qadınların zaman-zaman yolda gedərkən və çalışdıqları iş yerlərində atmacalara, istehzalara məruz qaldığını deyən Ancela bu mövzuda Türk cəmiyyətinin dəstəyi və anlayışının çox əhəmiyyətli olduğunu söyləyib.
Doqquz il bir türklə evli olduğunu və 10 ildir Alanyanın Sahəyə mahalında yaşadığını deyən Anjelika özünün də zaman-zaman bu cür narahatlıqlara məruz qaldığını, amma artıq 10 ilin ardından cəmiyyətdə tanınan və qəbul olunan biri vəziyyətinə gəldiyini bildirib. Modern.az