Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
Bu günlərdə medianın daha çox maraq göstərdiyi personallardan biri - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovdur. Son vaxtlar hakimiyyətə yönəlik sərt tənqidlərilə diqqət çəkən Rüstəm İbrahimbəyov 2013-cü ilin prezident seçkiləri yaxınlaşdıqca, siyasi proseslərin iştirakçısına çevrilir.
Sizcə, Rüstəm İbrahimbəyovun “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?
Biz Rüstəm müəllimin oxşarını tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Rüstəm İbrahimbəyovun oxşarı da onun qədər nəinki Azərbaycanda, bütün dünyada məşhurdur. Bu, Azərbaycanın "Şərəf" ordeni ilə təltif edilmiş məşhur rəssam, vokal ifaçısı Toğrul Nərimanbəyovdur. Hazırda Fransada yaşayan Toğrul Nərimanbəyov…
Diqqətlə baxanda hər ikisi bəy nəslindən olan Rüstəm İbrahimbəyovla Toğrul Nərimanbəyovun sifət cizgilərində, saç düzümündə xeyli oxşarlıq görmək olar.... Baxmayaraq ki, anası fransız olan Toğrul müəllimin gözləri bir qədər qıyıqdır, amma bənzərlik var…
Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?

Kinodramaturq Rüstəm İbrahimbəyov

Rəssam Toğrul Nərimanbəyov
A.Qorxmaz
P.S. Bu yazını təkrar dərc etməyimiz əsassız deyil. Bu gün onların hər ikisi gündəmin əsas müzakirə olunan şəxsləri oldular... Biri Azərbaycan müxalifətinin başına keçdi, o biri dünyasını dəyişdi....
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/
Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/
Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/
Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/
Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/