Modern.az

Gülər Əhmədovanı 2 vəkil qoruyur, biri qadın, biri kişidir - FOTO

Gülər Əhmədovanı 2 vəkil qoruyur, biri qadın, biri kişidir - FOTO

Ölkə

22 Yanvar 2013, 11:55

Keçmiş deputat Gülər Əhmədova uzun müddət idi ki, vəkillərini mətbuatdan gizli saxlayır, adlarını açıqlamırdı. Gülər xanım yalnız onu bildirmişdi ki, Azərbaycanla yanaşı, xarici ölkələrdə də vəkilləri var. Hətta müdafiəçilərindən birinin onu ittiham edən Elşad Abdullayevin “qulağının dibində” olduğunu demişdi. Lakin ad çəkməmişdi...

Modern.az “Azadlıq”a istinadən bildirir ki, Gülər Əhmədovanın hüquqlarını kimlərin müdafiə etdiyi məlum olub. Keçmiş deputatın hüquqlarını iki vəkil müdafiə edib. Bunlardan biri vəkil Altay Muradovdur. Məlumata görə, Gülər Əhmədova Bakı şəhər prokurorluğunda istintaqı gedən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ittiham elan edilərkən onun vəkili qismində Altay Muradov çıxış edib. Qeyd edək ki, həmin vaxt Altay Muradov Gülər Əhmədovaya dövlət hesabına vəkil təyin olunub.

Lakin sonradan Gülər Əhmədova başqa bir vəkillə müqavilə bağlayıb. Hazırda keçmiş deputatın vəkili Eldar Qədimidir.
Gülər Əhmədovanın eyni zamanda, proseslərdə iştirak edən nümayəndəsi də var. Bu, ANS-in “Hökm” verilişində hakim rolunda çıxış edən Zülfiyyə Babayevadır.

Z.Babayeva  “Azadlıq”a açıqlamasında ilk gündən G.Əhmədovanın hüquqlarını müdafiə etdiyini, amma işə vəkil yox, onun qanuni nümayəndəsi kimi çıxdığını bildirib: “Ilk gündən - Gülər xanım şahid qismində dindirilən vaxtdan onun qanuni nümayəndəsiyəm. Amma heç bir açıqlama verməyəcəm. Çünki hazırda istintaq gedir və biz istintaqa mane olmaq istəmirik. Heç məsləhət də görmürük ki, əlavə nələrsə yazılsın”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı