Modern.az

Kəbirə Məmmədova ticarətçiləri yenidən hədələdi

Kəbirə Məmmədova ticarətçiləri yenidən hədələdi

Ölkə

23 Yanvar 2013, 15:22

O, "Binə"dəki obyektlərin icarədarlarından tələb etdiyi məbləği yanvarın 24-ə qədər ödəməyi istəyib.


Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dünən günorta saatlarında mərkəzə gedərək, burada ticarətlə məşğul olan sahibkarları hədələyib.
Ticarət Mərkəzində çalışanların Modern.az-a verdiyi məlumata görə, K.Məmmədova sahibkarlara hədə-qorxu gələrək tələb olunan məbləği yanvarın 24-ə qədər ödəmələrini istəyib.
O, bildirib ki, əgər ticarət mərkəzində çalışan sahibkarların hər biri nəzərdə tutulan 250 manatı sabaha kimi ödəməsə, həmin məbləğ 500 manata kimi artırılacaq.

Qeyd edək ki, 250 manat sahibkarlardan vergi məsələsinə görə istənilir.
Maraqlı orasıdır ki, mərkəz rəhbəri bazarda Vergilər Nazirliyinin missiyasını da yerinə yetirir.
Hələ 2 ay öncə eyni tələblə hər bir sahibkardan ayda 200 manat ödəmələri tələb olunub və sahibkarlar bununla razılaşıblar. İndiyə qədər sahibkarlar bu məbləği “yerpulu”ndan əlavə olaraq ödəyiblər. Rəhbərliyin yenidən 250 manat tələb etməsi isə etirazla qarşılanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı