Modern.az

Bakıdakı "Alov Qüllələri"nin işçiləri etiraz - AKSİYAsı keçiriblər

 Bakıdakı "Alov Qüllələri"nin işçiləri etiraz - AKSİYAsı keçiriblər

Ölkə

26 Yanvar 2013, 13:29

Parlamentin qarşısında etiraz aksiyasına çıxanlar yolu bağlamağa cəhd göstəriblər


Bakının simvolu sayılan "Alov Qülləri"ndə çalışan işçilər etiraz aksiyası keçirirlər. Modern.az-ın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, aksiyanın keçirilməsinin səbəbi işçilərə verilən qidanın keyfiyyətinin aşağı olmasıdır. İşçilər qeyd edirlər ki, keyfiyyətsiz qidadan artıq bir neçə nəfər zəhərlənib və onlar xəstəxanaya yerləşdiriblər.

100-dək aksiya iştirakçısı  Parlament prospektini bağlamağa cəhd ediblər. Əraziyə çoxlu sayda polis cəlb olunsa da, sonradan əlavə qüvvələr çağrılıb. Həmçinin əraziyə 3 təcili tibbi yardım maşını gəlib.

Polis etirazçılara yolu bağlamağa imkan verməyiblər...

Etiraz edən fəhlələrin müdiriyyətlə danışığından sonra aksiya başa çatıb.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı