Modern.az

İsa Qəmbərin Lənkəran səfəri baş tutmadı

İsa Qəmbərin Lənkəran səfəri baş tutmadı

Ölkə

27 Yanvar 2013, 15:49


Müsavat Partiyasının Lənkəran təşkilatının yaranmasının 20 illik yubiley tədbirində iştirak məqsədilə Lənkərana yola düşən başqan İsa Qəmbərin korteji Cəlilabadın Göytəpə postundan geri qayıdıb.

Partiyanın mətbuat xidmətindən bildirilib ki, Göytəpə postundan Lənkəran istiqamətinə ancaq İsa Qəmbərin maşını da daxil olmaqla 3 avtomobil buraxılıb. 30-dək maşın isə postdan buraxılmayıb. Bu zaman Göytəpə postunda gərginlik yaşanıb.   Müsavat başqanı gərginlik yaranmaması üçün geri dönmək barədə qərar verib və kortej Baklıya istiqamət götürüb.

Bu arada partyanın Lənkəran təşkilatının üzvləri Elşad Abbasov, Hikmət Əhmədov, Güloğlan Abbasov, Ağamusa Yaqubov, Muxtar Babayev, Füzuli Rzayev, AXCP üzvü Kazım Həsənov, Astara müsavatçılarından Nəcməddin Məmmədli, Emil Məmmədov da daxil olmaqla onlarla insan həbs olunaraq, Lənkəran Polis İdarəsinə aparılıb.

Göytəpə postunda bir saata yaxın saxlandıqdan sonra həmin əraziyə təxribatçılarla dolu avtobuslar da gətirib.

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, polis postunda onlara bildirilib ki,  maşınların sayının çox olduğundan korteji Lənkəran istiqamətində buraxa bilməyəcəklər. 

G.Aslanlı bildirib ki, hakimiyyət Müsavat başqanının kortejini Lənkərana buraxmamaqla İsa Qəmbərdən, Müsavat Partiyasından və müxalifətdən qorxduğunu bir daha göstərdi.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı