Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
Azərbaycanın Baş nazirninin birinci müavini Yaqub Eyyubov ölkədə populyar siyasətçilərdən olmasa da, iqtisadi prosesləri izələyənlər onu yaxşı tanıyırlar. İxtisasca inşaat mühəndisi olan, texnika elmləri doktoru, professor Y.Eyyubov 1997-ci ildən dövlət qulluğunda çalışır.
1999-cu ildən bəri isə Nazirlər Kabinetində Baş nazirin müavini postunu tutan Yaqub müəllim 2003-cü ildən birinci müavin statusundadır. O, artıq 14-cü ildir Azərbaycan hökumətinin rəhbərlərindən biridir.
Sizcə, Yaqub Eyyubovun “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?
Biz Yaqub müəllimin oxşarını tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Yaqub Eyyubovun oxşarı bəlkə də ondan da çox tanınıb. Mətbuat politoloq kimi ondan tez-tez rəylər alır. Bu, sabiq dövlət müşaviri, Müsavat Partiyası başqanının keçmiş müavini, professor Qabil Hüseynlidir. Qabiul müəllim hazırda müstəqil politoloq kimi fəaliyyət göstərir.
Diqqətlə baxanda Yaqub Eyyubovla Qabil Hüseynlinin zahiri görünüşündə xeyli bənzərlik görmək mümkündür.
Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?

Baş nazirninin birinci müavini Yaqub Eyyubov

Politoloq Qabil Hüseynli
A.Qorxmaz
***
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/
Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/
Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/
Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/
Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/
Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/