Fevralın 12-dən AYB-nin təşkil etdiyi “Gənc Ədiblər Məktəbi–2” fəaliyyətə başlayır. “Məktəb–2”nin rəhbəri Rəşad Məcid, əlaqələndiricisi Emin Piridir. Qrupun üzvləri indidən ədəbi-ictimai çevrələrdə ajiotaj yaratmış Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı fikirlərini açıqlayıblar.
Ramil Əhməd(gənc şair): “Ömür boyu Azərbaycan dilində yazan Əkrəm Əylislinin birdən-birə rus dilində əsər yazması, heç də təsadüf deyil. Əkrəm Əylislinin belə bir roman yazmaqda iki məqsədi vardı. Birincisi, gündəmə gəlmək. İkincisi, “Nobel” iddiası. O, birinci arzusuna rahatlıqla çatdı. İkincisi isə boş xülyadır. Əkrəm Əylislinin maraqlı üslubu, gözəl dili olmasına baxmayaraq sonuncu romanı da daxil olmaqla, bu günə kimi yazdığı əsərlər Nobel mükafatından milyon addım uzaqdır. Özü də yaxşı bilir ki, son iyirmi beş ildə onun içindəki işıq sönüb. Qarabağda bətninə süngü keçirilən hamilə qadınların, şaxtadan donan uşaqların, tank altında qalan qocaların, yurdundan didərgin salınan insanların heç bir günahı yoxudu. Məgər Əkrəm Əylisli bunu bilmirdi? Əlbəttə ki, bilirdi. Amma o, ədəbi vicdanını satdı. Hansı mövqedən yanaşsan, hardan dayanıb baxsan birmənalı olaraq bu hərəkətə haqq qazandırmaq olmaz! Vallah, bu yaşınızda sizə Herostratlıq eləmək lazım deyildi. Ermənilər arasında körpünün yanmasına razı deyilsiniz. Bəs yaxşı “Kür qırağının meşələri” nə niyə od vurdunuz, Əkrəm Əylisli?!”
Elmin NURİ