Modern.az

Zeynəb Xanlarovanın oğlu polkovnik-leytenant imiş - FOTO

Zeynəb Xanlarovanın oğlu polkovnik-leytenant imiş - FOTO

Ölkə

2 Fevral 2013, 13:15

Modern.az saytı Azərbaycanda məşhur olan şəxslərin övladlarının iş yeri barədə tez-tez məlumatlar dərc edir. Bir müddət öncə Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın oğlu Ramin Babayevin yeni vəzifə aldığı barədə məlumat vermişdik.
Xatırladaq ki, Ramin Babayev 2012-ci il 14 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti ölkə prezidentinin 2012-cil aprelin 4-də imzaladdığı fərman əsasında yaradılıb. Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin sayı 22 nəfər müəyyən edilib.

Qeyd edək ki, Ramin Babayev əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Modern.az saytı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi məlumatları sırasından Ramin Babayevin tərcümeyi-halını da əldə edib.

Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın oğlu Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib.
2012-ci il 14 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland