Modern.az

Erkin Qədirli: “İlqar Məmmədov gənclərin lideri deyil” - AÇIQLAMA

Erkin Qədirli: “İlqar Məmmədov gənclərin lideri deyil” - AÇIQLAMA

Ölkə

5 Fevral 2013, 13:50

“İlqar Məmmədovun gənclərin lideri kimi qələmə verilməsi yalnışdır. Bizim belə bir iddiamız yoxdur. Sadəcə ətrafımızda bizi dəstəkləyən xeyli sayda gənc toplaşıb”. Bu fikirləri Modern.az-a açıqlamasında REAL Hərəkatının Məclis sədri Erkin Qədirli bildirib. Onun sözlərinə görə, REAL hərəkatı İlqar Məmmədovun prezident seçkilərində qalib gəlmək şansı haqda düşünmür. E.Qədirli həmçinin İlqar Məmmədovu gənclərin lideri kimi təqdimatın da yalnış olduğunu deyib.

“Bizim əsas işimiz seçkilərə hazırlıqdır. Bu istiqamətdə mühüm işlər görməyə çalıçacağıq. İlqar Məmmədovun seçkilərdəki perspektivini dəyərləndirmək məncə doğru olmazdı. Onu səsvermə göstərəcək.
İlqar Məmmədovun gənclərin lideri kimi qələmə verilməsi yalnışdır. Bizim belə bir iddiamız yoxdur. Sadəcə ətrafımızda bizi dəstəkləyən xeyli sayda gənc toplaşıb. Bizim gənc olmağımızın bununla əlaqəsi yoxdur. Gəncləri belə asanlıqda öz ətrafına cəlb etmək mümkün olsaydı, onda hər partiya bir gənci özünə rəhbər seçərdi. Yəqin ki, başqa səbəblər var ki, gənclər bizim çevrəmizdədir”,- deyə bildirib.

E.Qədirli daha sonra İlqar Məmmədovun “3-cü qüvvə” olaraq seçkilərdə iştirak edəcəyinə dair iddiaları cavablandırıb.

“Biz nə birinci, nə də ikinci qüvvəyik. Biz elə birinci qüvvənin də, ikinci qüvvənin də səsini əlindən almağa iddialıyıq. Bizim çalışmalarımız daha genişdir.
Qalib gəlmək şansı haqda düşünmürük. Bu doğru deyil. Biz ümumi, dürüst seçkilər uğrunda çalışacağıq. İlkin mərhələdə çalışacağıq ki, İlqar Məmmədovun namizədiyi qeydə alınsın. Şanslar sonradan yaranır. Öncədən deyə bilmərik ki, İlqar Məmmədovun qalib gəlmək şansı var. Proseslərin belə inkişaf etdiyi məqamda heç kim deyə bilməz ki, oktyabrda vəziyyət necə olacaq”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı