Modern.az

Söyün Sadıqovun varisi - “AzerRos”un yeni prezidenti haqqında yeni məlumatlar...

Söyün Sadıqovun varisi - “AzerRos”un yeni prezidenti haqqında yeni məlumatlar...

Ölkə

6 Fevral 2013, 13:49

Söyün Sadıqovun varisi - “AzerRos”un yeni prezidenti haqqında yeni məlumatlar...

Bir neçə gün öncə Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) V qurultayı keçirildi və qurumun yeni rəhbərliyi müəyyənləşdi.
Modern.az saytı ötən günlərdə “AzerRos”un yeni prezidenti Asif Məhərrəmov barəsində qısa məlumat vermiş, onun Rusiya Daxili İşlər Nazirliyinin zabiti olduğunu qeyd etmişdik.

Moskvada azərbaycanlı oliqarxların elan etdiyi və “Milyarderlər ittifaqı” adlandırılan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqında (ÜATİ) təmsil olunan“AzerRos”un yeni prezidenti Asif Məhərrəmov haqqında yeni məlumat əldə etmişik.

“AzerRos”dan Modern.az saytına bildirilib ki, Asif Rəfi oğlu Məhərrəmov 1953-cü il 1 aprel tarixində Azərbaycanın Göranboy rayonunun Xangərvənd kəndində doğulub.
Əmək fəaliyyətinə 1970-ci ildə Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən mexanika zavodunda başlayıb.

1971-73-cü illərdə Sovet ordusunun siralarında Sevostopol şəhərində xidmət edib. Hərbi xidməti rota komandirininn müavini vəzifəsində başa vurub.
                                                                                       
1973-cü ildə komsomol təşkilatının göndərişi ilə Daxili İşlər Nazirliyi sisteminə   yönləndirilib. Asif Məhərrəmov əvvəlcə Minsk şəhərində yerləşən SSRİ DİN-in Milis məktəbini fərqləndirmə ilə bitirib.  

1976-1983-cü illərdə Moskva vilayətinin Kalninqrad şəhər Birləşmiş Milis Diviziyasının komandiri, baş əməliyyat müvəkkili. 1983-də SSRİ DİN-in Akademiyasını bitirib.

1984-1994–cü illərdə SSRİ DİN-nin operativ işlər üzrə şöbəsində rəhbər postda çalışıb.
1994-2004-cü illərdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin yüksək çinli zabiti kimi müxtəlif idarələrə rəhbərlik edib.

2004-2009-cu illərdə Koroleva şəhərinin Administrasiya idarəsinin rəisi olub.   

2009-cu ildən indiyədək “Roskosmos” dövlət qurumuinun baş direktorunun muavini vəzifəsində işləyir.

Asif Məhərrəmov 2012-ci ildən “Roskosmos”un baş direktorunun məsləhətçi-müşaviridir.

A.Məhərərmov Rusiya prezidentinin 31.08.1998-ci tarixli sərəncamı ilə ictimai asayişin qorunmasında fərqlənməsinə görə medalla tərtif olunub.            
Prezidentin 13.02.2002-ci il tarixli sərəncamı ilə ona vətən qarşısında xidmətlərinə görə medal verilib.
Russia daxili işlər nazirinin 05.10.2000-cil tarixli  sərəncamı ilə A.Məhərrəmov “Makarov” tapancası ilə mükafatlandırılıb.

Bunlarla yanaşı, o, qüsursuz xidmətlərinə görə bir çox medal və başka mükafatlarla tərtif olunub. Evlidir 1 oğlu və nəvələri var.

2013-cü il yanvarın 25-də “AzerRos”un yeni prezidenti seçilib.

Günəş Fərhadlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı