
Azərbaycan elminə böyük itki üz verib. Modern.az saytının xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimov 65 yaşında fevralın 10-da ürəktutmasından dünyasını dəyişib.
Ötən gecə kəskin ürəktutmasından vəziyyəti xarablaşan akademiki xüsusi təyyarə ilə Türkiyəyə aparıblar. Amma o elə yoldaca keçinib. M.Kərimovun cənazəsi artıq Bakıdadır.
Mərhumla vida mərasimi fevralın 11-də saat 15.00-dan başlayaraq AMEA-nın əsas binasında keçiriləcək.
O, 1973 - 1974-cü illərdə Milli Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis, 1974-cü ildən sonra AMEA-nın Radiasiya tədqiqatlar sektorunda müxtəlif vəzifələr tutub.
2001-ci ildən Azərbaycan Elmlər Akamiyasının prezidenti idi. Bir oğlu, bir qızı var.
Allah rəhmət eləsin!
Modern.az