Modern.az

Hafiz Hacıyev Əkrəm Əylislinin qulağını kəsməkdən vaz keçdi

Hafiz Hacıyev Əkrəm Əylislinin qulağını kəsməkdən vaz keçdi

Ölkə

12 Fevral 2013, 21:30

Bu gün Muasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında partiyanın İdarə heyəti, Gənclər Təşkilatı və Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının birgə növbəti  toplantısı keçirilib. MMP-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, toplantıda ilk öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.
Daha sonra yazıçı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” əsəri ilə bağlı MMP- nin verdiyi qərar, həmin qərarın  son günlər cəmiyyətdə yaratdığı əks-səda və gündəmdə narahatçılıq yaradan digər məsələlər müzakirə edilib
 
Toplantı iştirakçıları bir daha Əkrəm Əylislinin milli məsələlərə bu dərəcədə belə yanaşmasını qəbuledilməz hesab ediblər.
Bütün çıxışlar və təkliflər dinlənildikdən sonra İdarə Heyəti və Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası keçən toplantıda Əkrəm Əylislinin qulağımın kəsilməsi ilə bağlı verilən qərarın qüvvədə qalıb-qalmamasını müzakirə ediblər. Məsələnin bu cür barbarcasına həllinin əleyhinə olan bir qrup Ağsaqqallar Şurasının üzvü təkidlə məsələnin dayandırılmasını istəyiblər.
 Uzun müzakirələrdən sonra partiya ağsaqqalarının xahişi nəzərə alınıb. Qərara alınıb ki, qulaqkəsmə əməliyyatı dayandırılsın.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı