
Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəzi məmurlara sərt xəbərdarlıq edib.
Modern.az-ın məlumatına görə, ölkə başçısı əsasən yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini tənqid edib və deyib ki, məmurlar yerlərdə vətəndaşları incidirlər.
”Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir".
Prezident məmurların keçirdikləri məclislərdən də danışıb:
”Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?!..
…Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları”...
Ölkə başçısı vəzifəli şəxslərin övladlarınmın hərəkətlərini də pisləyib:
”Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam!”.
Heç kimə sirr deyil ki, hazırda dövləq qulluğu vəzifəsində çalışan məmurların maaşı onların həddindən artıq təmtəraqlı yaşamasına advekvat deyil. Bəs onda prezidentin dediyi kimi, harınlayan, quduran, heç kimi saymayan, vətəndaşları incidən, onlara yuxarıdan-aşağı baxan məmurlar və məmur övladları hansı pulun hesabına milyoner həyatı sürürlər?
Belədə ciddi şübhələr bunu deməyə əsas verir ki, ya həmin məmurlar prezidentin antikorrupsiya tədbirlərindən qorxmayıb böyük məbləğlərdə rüşvət almaqda davam edir, dövlət büdcəsindən ayrılan vəsaitləri talayır, ya da qanunları pozaraq kommersiya, biznes fəaliyyətilə məşğul olurlar...
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Modern.az saytına bildirilib ki, ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün - 175 manat, yardımçı vəzifələr üçün - 120 manat müəyyən edilib.
Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900-2000 manat civarındadır.
Ekspertlər deyirlər ki, belə bir maaşla harınlayan məmurlar indiki kimi dəbdəbəli həyat sürə bilməzlər.
Dövlət orqanlarında dövlət qulluqçularına verillən məvaciblərin siyahısına nəzər salaq. Nazirliklərdə, komitələrdə və onlara bərabər tutulan mərkəzi icra hakimiyyəti orqanında maaşlar belədir.
Baş nazir - 1925 manat
Baş nazirin birinci müavini - 1700 manat
Baş nazirin müavini - 1625 manat
Nazirlər, komitə sədrləri - 1500 manat
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri - 1250 manat
Nazirlərin və komitəsi sədrlərinin birinci müavinləri - 1000 manat
Nazir və komitəsi sədrlərinin müavinləri - 875 manat
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin birinci müavinləri - 875 manat
Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri - 800 manat
Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları:
Bakı şəhəri İcra Hakimiyyətinin başçısı - 1500 manat
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları - 875 manat
Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlarda icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları:
Əhalisi 50 min nəfərdən çox olan rayonlar - 750 manat
Əhalisi 50 min nəfərədək olan rayonlar - 600 manat
Nazirliklərdə baş məsləhətçi 430-416, böyük məsləhətçi 420-410, aparıcı məsləhətçi 410-402, məsləhətçi 400-395 manat alır.
Sektor müdirlərinin aylıq maaşı 500-465 manatdır.
Katibələr ayda 200-143 manat, sürücülərə də bu qədər 200 – 143 manat məvacib verilir.
Nazirliklərin, komitələrin rayon və şərhlərdəki yerli strukturlarında isə vəzifə maaşları bir qədər aşağıdır.
Məsələn, Maliyyə Nazirliyinin Abşeron rayonu üzrə Maliyyə İdarəsində məsləhətçi vəzifəsini tutan məmurun aylıq maaşı 177 manatdır.
Gənclər və İdman Nazirliyinin Xəzər rayon Gənclər və İdman İdarəsində baş məsləhətçiyə ayda 189 manat maaş kəsilib.
Göründüyü kimi, dövlət orqanlarında çalışan məmurlara kəsilmiş rəsmi vəzifə maaşları fantastik məbləğlər deyil. Amma o da təəccüblüdür ki, belə az maaşla bir çox iri, orta, hətta xırda çinli məmurlar həddindən artıq dəbdəbəli həyat tərzi keçirilər. Özləri bir yana, övladları da bahalı avtomobillərdə gəzir, lüks restoranlara, əyləncə mərkəzlərinə, xarici ölkələrə istirahətə gedirlər.
Qanunvericiliyə görə, dövlət qulluğunda çalışanlara kommersiya fəaliyyəti ilə məşğul olmaq da qadağan olunub.
Əlbəttə, prezidentin də dediyi kimi, "harınlaşmış və qudurmuş" ifadəsini bütün məmur təbəqəsinə aid etmək ədalətsizlik olar... Vəsifəsinə məsuliyyətlə yanaşan, yalnız quruca aylıq vəzifə maaşı ilə dolanan dövlət qulluqçuları yüzlərlədir...
Qeyd edək ki, ötən il “Dövlət qulluğu haqqında” Qanunda və təsnifatlarda dəyişiklik edilib. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından verilən məlumata görə, dövlət qulluğu vəzifələri ilə bağlı təsnifatların sayı azaldılıb.
Dəyişiklikdən əvvəlki qanunda 9 təsnifat var idisə, indi 7 təsnifat var. Amma yeni təsnifatlarda əməkhaqları haqqında olan normativ aktın uyğunlaşdırılması aparılmayıb.
Komissiyadan bildirilib ki, dəyişiklikdən sonra prezident tərəfindən əməkhaqları haqqında yeni sərəncam verilməyib.
“Köhnə sərəncam qüvvədədir, amma köhnə sərəncam da tam olaraq yeni qanuna uyğun deyil. Çünki yeni qanunda 7 təsnifat var, amma köhnə sərəncam 9 təsnifat üzrə əməkhaqlarını müəyyən edir”.
Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği ilə bağlı ölkə başçısının yeni sərəncam verəcəyi gözlənilir. Bu sərəncamla məmurların maaşının artacağı bildirilir.
Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların məvaciblərində cüzi artım olub.
Hazırda Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir.
AYLIQ VƏZİFƏ MAAŞLARI
| Vəzifələrin adları | Vəzifə maaşları (manat) |
| 1 | 2 |
| İNZİBATI VƏZİFƏLƏRİN TƏSNİFATI ÜZRƏ: | |
| Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri | 1900 |
| Azərbaycan Respublikasının Dövlət müşaviri | 1660 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri | 1550 |
| Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdiri; Azərbaycan Respublikası Prezidentinin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi | 1500 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini | 1450 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini | 1350 |
| Azərbaycan Respublikası Prezidentinin Administrasiyası şöbəsinin müdir müavini | 1300 |
| Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi | 1230 |
| Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sektor müdiri | 1200 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdiri | 1200 |
| Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi | 1100 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdirinin müavini | 1050 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda sektor müdiri, baş mühasib | 1000 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi | 910 |
| Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında: | |
| baş məsləhətçi | 1150 |
| böyük məsləhətçi | 1100 |
| aparıcı məsləhətçi | 1050 |
| məsləhətçi | 1000 |
| Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda: | |
| baş məsləhətçi | 980 |
| böyük məsləhətçi | 960 |
| aparıcı məsləhətçi | 930 |
| məsləhətçi | 900 |
| YARDIMÇI VƏZİFƏLƏRİN TƏSNİFATI ÜZRƏ: | |
| Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində , Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda texniki vəzifələr tutan: | |
| baş mütəxəssis (korrektor, stenoqrafçı, arxivarius, montajçı, sürücü, fotoqraf, videooperator, kinooperator, qrup rəhbəri və s.) | 510 |
| böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) | 450 |
| aparıcı mütəxəssis (kargüzar, katibə, ekspeditor və s.) | 390 |
| mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə və s.) | 330 |
Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları
| Təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrin adları | Vəzifə maaşları (manat) | |
| 1 | 2 | |
| İnzibati vəzifələrin təsnifatı üzrə: | ||
| BİRİNCİ TƏSNİFAT | ||
| Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri; Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri | 1550 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının rəhbəri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının rəhbəri; Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri | 1525 | |
| İKİNCİ TƏSNİFAT | ||
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbərinin müavini; Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdiri; Azərbaycan Respublikası Baş nazirinin köməkçisi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin müavini; Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbərinin müavini | 1325 | |
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri; Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi; Azərbaycan Respublikası Hesablama Palatasınin Aparatının təminedici şöbəsinin müdiri | 1300 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının rəhbərinin müavini; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının rəhbərinin müavini; Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərinin müavini; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin müavini | 1200 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının təminedici şöbəsinin müdiri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının təminedici şöbəsinin müdiri; Məhkəmə-Hüquq Şurası Aparatının təminedici şöbəsinin müdiri; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdiri | 1100 | |
| Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri; | 1050 | |
| ÜÇÜNCÜ TƏSNİFAT |
| |
| Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər müdiri, Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdiri | 1040 | |
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdir müavini; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdir müavini; Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər müdirinin müavini; Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının təminedici şöbəsinin müdir müavini; Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının təminedici şöbəsinin müdir müavini | 970 | |
| Azərbaycan Respublikası apellyasiya məhkəmələri aparatlarının rəhbərləri | 920 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının təminedici şöbəsinin müdir müavini; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının təminedici şöbəsinin müdir müavini, Məhkəmə-Hüquq Şurası Aparatının təminedici şöbəsinin müdir müavini; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdir müavini | 920 | |
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatının yardımçı şöbəsinin müdiri ; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının yardımçı şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının yardımçı şöbəsinin müdiri; Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatı rəhbərinin müavini; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin müavini | 920 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının yardımçı şöbəsinin müdiri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının yardımçı şöbəsinin müdiri; Məhkəmə-Hüquq Şurası Aparatının yardımçı şöbəsinin müdiri; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının yardımçı şöbəsinin müdiri | 915 | |
| Azərbaycan Respublikası Milli Məclisinin işlər müdirinin müavini | 900 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbəri, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru | 900 | |
| Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər müdirinin müavini; Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdirinin müavini | 880 | |
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatının yardımçı şöbəsinin müdir müavini ; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının yardımçı şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının yardımçı şöbəsinin müdir müavini; | 875 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının yardımçı şöbəsinin müdir müavini; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının yardımçı şöbəsinin müdir müavini; Məhkəmə-Hüquq Şurası Aparatının yardımçı şöbəsinin müdir müavini; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının yardımçı şöbəsinin müdirinin müavini; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının təminedici şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdiri | 870 | |
| DÖRDÜNCÜ TƏSNİFAT [ii][17] | ||
| Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatının rəhbəri; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Aparatının rəhbəri; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin Aparatının rəhbəri | 850 | |
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatında sektor müdiri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin köməkçisi; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında sektor müdiri, baş mühasib; Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında sektor müdiri; Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatları rəhbərlərinin müavinləri | 815 | |
| Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində şöbə müdiri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri | 800 | |
| Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin Aparatının rəhbəri; Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin Aparatının rəhbəri; Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin Aparatının rəhbəri | 800 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında sektor müdiri; Məhkəmə-Hüquq Şurası Aparatında sektor müdiri, baş mühasib; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib; Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin köməkçisi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi | 800 | |
| Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının, Milli Televiziya və Radio Şurasının, Bakı Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatının rəhbəri, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibi, | 775 | |
| Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin təminedici şöbəsinin müdiri | 775 | |
| Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində şöbə müdirinin müavini; Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdirinin müavini; Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı rəhbərinin köməkçisi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının rəhbərinin köməkçisi; Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərinin köməkçisi; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin köməkçisi | 760 | |
| Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində sektor müdiri, baş mühasib; Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində sektor müdiri, baş mühasib; Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi | 740 | |
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbərinin köməkçisi; Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdirinin köməkçisi; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikası Baş nazirinin köməkçisi; Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi rəhbərinin müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının təminedici şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdir müavini | 720 | |
| Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatının rəhbərinin müavini; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Aparatının rəhbərinin müavini; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin Aparatının rəhbərinin müavini | 715 | |
| Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin Aparatının rəhbərinin müavini; Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin Aparatının rəhbərinin müavini | 710 | |
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatında; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında; Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında: | ||
| baş məsləhətçi | 745 | |
| böyük məsləhətçi | 720 | |
| aparıcı məsləhətçi | 700 | |
| məsləhətçi | 680 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında, Məhkəmə-Hüquq Şurasının Aparatında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında : | ||
| baş məsləhətçi | 740 | |
| böyük məsləhətçi | 710 | |
| aparıcı məsləhətçi | 690 | |
| məsləhətçi, hakim köməkçisi, məhkəmə iclas katibi | 670 | |
| Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində; Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində: |
| |
| baş məsləhətçi | 705 | |
| böyük məsləhətçi | 690 | |
| aparıcı məsləhətçi | 680 | |
| məsləhətçi | 670 | |
| Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının yardımçı şöbəsinin müdiri | 705 | |
| Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının yardımçı şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının yardımçı şöbəsinin müdiri; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının yardımçı şöbəsinin müdiri |
| |
| Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini |
| |
| Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının, Milli Televiziya və Radio Şurasının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbərinin müavini | 692 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında hakimin köməkçisi, məhkəmə iclasının katibi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında məhkəmə iclasının katibi; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının yardımçı şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının yardımçı şöbəsinin müdir müavini; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının yardımçı şöbəsinin müdir müavini | 670 | |
| BEŞİNCİ TƏSNİFAT [v][27] | ||
| Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsinin: | ||
| şöbə müdiri | 665 | |
| şöbə müdirinin müavini | 620 | |
| sektor müdiri, baş mühasib | 610 | |
| Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarının təminedici şöbəsinin müdir müavini | 650 | |
| Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin aparatlarının: | ||
| təminedici şöbəsinin müdiri | 665 | |
| təminedici şöbəsinin müdir müavini | 565 | |
| yardımçı şöbəsinin müdiri | 545 | |
| yardımçı şöbəsinin müdir müavini | 518 | |
| Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarının: | ||
| yardımçı şöbəsinin müdiri | 555 | |
| yardımçı şöbəsinin müdir müavini | 525 | |
| Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin aparatlarının, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin Aparatının, Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin Aparatının | ||
| təminedici şöbəsinin müdiri | 660 | |
| təminedici şöbəsinin müdir müavini | 560 | |
| yardımçı şöbəsinin müdiri | 542 | |
| yardımçı şöbəsinin müdir müavini | 516 | |
| Azərbaycan Respublikası digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının, Milli Televiziya və Radio Şurasının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının aparatlarının, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin: | ||
| təminedici şöbəsinin müdiri | 640 | |
| təminedici şöbəsinin müdir müavini | 545 | |
| yardımçı şöbəsinin müdiri | 541 | |
| yardımçı şöbəsinin müdir müavini | 515 | |
| Rayon, şəhər və şəhərlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri: | ||
| Gəncə və Sumqayıt şəhərlərində | 665 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 590 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 515 | |
| Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində sektor müdiri, baş mühasib; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, sədrin köməkçisi; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi | 595 | |
| Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında: | ||
| baş məsləhətçi | 575 | |
| böyük məsləhətçi | 556 | |
| aparıcı məsləhətçi | 538 | |
| məsləhətçi | 520 | |
| Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində: | ||
| baş məsləhətçi | 575 | |
| böyük məsləhətçi | 555 | |
| aparıcı məsləhətçi | 538 | |
| məsləhətçi | 518 | |
| Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində: | ||
| baş məsləhətçi | 551 | |
| böyük məsləhətçi | 539 | |
| aparıcı məsləhətçi | 527 | |
| məsləhətçi | 515 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun Aparatının rəhbəri; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Aparatının rəhbəri | 555 | |
| Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin Aparatının rəhbəri[vi][32] | 545 | |
| Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında: | ||
| baş məsləhətçi | 545 | |
| böyük məsləhətçi | 535 | |
| aparıcı məsləhətçi | 525 | |
| məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi | 515 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin aparatının rəhbərinin müavini; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərlərinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Aparatının rəhbərinin müavini | 520 | |
| Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin rəhbərinin köməkçisi | 516 | |
| Azərbaycan Respublikası digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının rəhbərinin köməkçisi, Milli Televiziya və Radio Şurası sədrinin köməkçisi, Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin Aparatının rəhbərinin müavini | 515 | |
| Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin rəhbəri | 640 | |
| Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının rəhbəri | 540 | |
| Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının Aparatının rəhbərinin müavini | 510 | |
| ALTINCI TƏSNİFAT | ||
| Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib | 510 | |
| Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçılarının aparatının rəhbəri: | ||
| Gəncə və Sumqayıt şəhərlərində | 475 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 445 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 425 | |
| Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aparatlarında sektor müdiri, baş mühasib | 500 | |
| Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmənin | 495 | |
| Azərbaycan Respublikası digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının, Milli Televiziya və Radio Şurasının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının aparatlarında, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində sektor müdiri, baş mühasib | 465 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının aparatlarında: | ||
| təminedici şöbənin müdiri | 470 | |
| təminedici şöbənin müdir müavini | 430 | |
| yardımçı şöbənin müdiri | 420 | |
| yardımçı şöbənin müdir müavini | 400 | |
| Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçılarının aparatının rəhbərinin müavini: | ||
| Gəncə və Sumqayıt şəhərlərində | 425 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 405 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 385 | |
| Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında: | ||
| baş məsləhətçi | 445 | |
| böyük məsləhətçi | 430 | |
| aparıcı məsləhətçi | 420 | |
| məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi | 410 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəhbəri | 445 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəhbərinin müavini | 420 | |
| Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin aparatlarında: | ||
| təminedici şöbənin müdiri | 450 | |
| təminedici şöbənin müdir müavini | 420 | |
| yardımçı şöbənin müdiri | 415 | |
| yardımçı şöbənin müdir müavini, rəhbərin köməkçisi | 395 | |
| Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin aparatlarında: | ||
| baş məsləhətçi | 435 | |
| böyük məsləhətçi | 422 | |
| aparıcı məsləhətçi | 412 | |
| məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi | 402 | |
| Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmənin | ||
| baş məsləhətçi | 430 | |
| böyük məsləhətçi | 420 | |
| aparıcı məsləhətçi | 410 | |
| məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi | 400 | |
| Azərbaycan Respublikası digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının, Milli Televiziya və Radio Şurasının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının aparatlarında, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində: | ||
| baş məsləhətçi | 416 | |
| böyük məsləhətçi | 409 | |
| aparıcı məsləhətçi | 402 | |
| məsləhətçi | 395 | |
| Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında: [x][41] | ||
| təminedici şöbənin müdiri | 420 | |
| təminedici şöbənin müdir müavini | 400 | |
| yardımçı şöbənin müdiri | 390 | |
| yardımçı şöbənin müdir müavini, rəhbərin köməkçisi | 370 | |
| YEDDİNCİ TƏSNİFAT |
| |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının Aparatında sektor müdiri, baş mühasib | 390 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin, Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin aparatlarında sektor müdiri, baş mühasib | 373 | |
| Mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin, onların tabeliyində olan regional orqanların, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatının bölmələrinin, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların rəhbərləri: | ||
| Bakı şəhəri üzrə | 385 | |
| Gəncə və Sumqayıt şəhərlərində | 345 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 312 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 300 | |
| Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında: | ||
| baş məsləhətçi | 355 | |
| böyük məsləhətçi | 345 | |
| aparıcı məsləhətçi | 335 | |
| məsləhətçi | 325 | |
| Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin, Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin aparatlarında: | ||
| baş məsləhətçi | 345 | |
| böyük məsləhətçi | 330 | |
| aparıcı məsləhətçi | 315 | |
| məsləhətçi | 300 | |
| Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti Orqanlarının yanında olan orqanların rəhbərləri | 385 | |
| Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında sektor müdiri, baş mühasib | 343 | |
| Naxçıvan Muxtar Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin aparatlarında: - baş məsləhətçi - böyük məsləhətçi - aparıcı məsləhətçi - məsləhətçi | 330 315 300 290 | |
| SƏKKİZİNCİ TƏSNİFAT | ||
| Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin müavinləri | 295 | |
| Mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrin, onların tabeliyində olan regional orqanlarının,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərlərinin müavinləri, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatının bölmələrinin, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların rəhbərlərinin müavinləri: | ||
| Bakı şəhəri üzrə | 280 | |
| Gəncə və Sumqayıt şəhərlərində | 260 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 240 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 230 | |
| Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin müavinləri | 290 | |
| DOQQUZUNCU TƏSNİFAT | ||
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların sektor müdiri, baş mühasib | 225 | |
| Azərbaycan Respublikasının mərkəzi İcra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrində, onların tabeliyində olan regional orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrində, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatının bölmələrində, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanlarında sektor müdiri, baş mühasib; rayon (şəhər) məhkəmələrinin, hərbi məhkəmələrinin (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla) və yerli iqtisad məhkəmələrinin aparatlarında sektor müdiri: | ||
| Bakı şəhəri üzrə | 217 | |
| Gəncə və Sumqayıt şəhərlərində | 215 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 213 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 210 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların aparatlarında: | ||
| baş məsləhətçi | 208 | |
| böyük məsləhətçi | 198 | |
| aparıcı məsləhətçi | 190 | |
| məsləhətçi | 182 | |
| Yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələri: | ||
| rayon tabeliyindəki şəhərlərdə | 195 | |
| qəsəbə və kəndlərdə | 192 | |
| Yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələrin müavinləri: | ||
| rayon tabeliyindəki şəhərlərdə | 185 | |
| qəsəbə və kəndlərdə | 182 | |
| Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrin, onların tabeliyində olan regional orqanların ,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrində bölmələrində; rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatının bölmələrində, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanlarında, rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələrinin (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla) və yerli iqtisad məhkəmələrinin aparatlarında: | ||
| a) baş məsləhətçi: |
| |
| Bakı şəhəri üzrə | 194 | |
| Gəncə və Sumqayıt şəhərlərində | 192 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 189 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 188 | |
| b) böyük məsləhətçi: |
| |
| Bakı şəhəri üzrə | 189 | |
| Gəncə və Sumqayıt şəhərlərində | 187 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 185 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 184 | |
| ç) aparıcı məsləhətçi: |
| |
| Bakı şəhəri üzrə | 184 | |
| Gəncə və Sumqayıt şəhərlərində | 182 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 181 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 180 | |
| c) məsləhətçi; hakimin köməkçisi, məhkəmə iclası katibi: |
| |
| Bakı şəhəri üzrə | 179 | |
| Gəncə və Sumqayıt şəhərlərində | 178 | |
| əhalisinin sayı 50 min nəfərdən yuxarı olduqda | 177 | |
| əhalisinin sayı 50 min nəfərə qədər olduqda | 176 | |
| Yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndəliklərində: | ||
| a) baş məsləhətçi (mühasib): |
| |
| rayon tabeliyindəki şəhərlərdə | 181 | |
| qəsəbə və kəndlərdə | 178 | |
| b) məsləhətçi: |
| |
| rayon tabeliyindəki şəhərlərdə | 175 | |
| Qaçqın və məcburi köçkün nümayəndəliklərində məsləhətçi (katib) | 175 | |
| Yardımçı vəzifələrin təsnifatları üzrə: |
| |
| Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların aparatlarında sektor müdiri, baş mühasib | 217 | |
| Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların aparatlarında: - baş məsləhətçi - böyük məsləhətçi - aparıcı məsləhətçi - məsləhətçi | 194 189 184 179 | |
| BİRİNCİ TƏSNİFAT | ||
| Azərbaycan Respublikası Milli Məclisinin Aparatında və Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında və İşlər İdarəsində, sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında, Azərbaycan Respublikası Hesablama Palatası Aparatında, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında və İşlər İdarəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında və İşlər İdarəsində, Məhkəmə-Hüquq Şurasının Aparatında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında texniki vəzifələr tutan: | ||
| baş mütəxəssis (korrektor, stenoqrafçı, arxivarius, montajçı, sürücü, fotoqraf, videooperator, kinooperator, qrup rəhbəri və s.) | 210 | |
| böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) | 204 | |
| aparıcı mütəxəssis (kargüzar, katibə, ekspeditor, baş dispetçer və s.) | 199 | |
| mütəxəssis (kuryer, dispetçer, ixtisas dərəcəsi olan fəhlə və s.) | 194 | |
| İKİNCİ TƏSNİFAT | ||
| Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında texniki vəzifələr tutan: | ||
| baş mütəxəssis (rəhbərin katibi, arxiv müdiri, makinaçılar bürosunun müdiri, surətçıxarma-çoxaltma bürosunun müdiri, böyük inspektor, böyük statistik, böyük arxivçi, məsul növbətçi, sürücü) | 190 | |
| böyük mütəxəssis (inspektor, statistik, ekspedisiya, dəftərxana, təsərrüfat, anbar müdirləri, xəzinədar, komendant, surətçıxarma-çoxaltma və hesablama maşınlarının operatoru, texnik, stenoqrafçı, katibə-stenoqrafçı, makinaçı) | 185 | |
| aparıcı mütəxəssis (kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı) | 180 | |
| mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə) | 176 | |
| ÜÇÜNCÜ TƏSNİFAT | ||
| Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin | ||
| baş mütəxəssis (rəhbərin katibi, arxiv müdiri, makinaçılar bürosunun müdiri, surətçıxarma-çoxaltma bürosunun müdiri, böyük inspektor, böyük statistik, böyük arxivçi, məsul növbətçi, sürücü) | 173 | |
| böyük mütəxəssis (inspektor, statistik, ekspedisiya, dəftərxana, təsərrüfat, anbar müdiri, xəzinədar, komendant, surətçıxarma-çoxaltma və hesablama maşınlarının operatoru, texnik, stenoqrafçı, katibə-stenoqrafçı, makinaçı) | 168 | |
| aparıcı mütəxəssis (kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı) | 164 | |
| mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə) | 160 | |
| Dördüncü təsnifat |
| |
| Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmənin aparatlarında, texniki vəzifələr tutan: | ||
| baş mütəxəssis (rəhbərin katibi, arxiv müdiri, makinaçılar bürosunun müdiri, surətçıxarma-çoxaltma bürosunun müdiri, böyük inspektor, böyük statistik, böyük arxivçi, məsul növbətçi, sürücü) | 157 | |
| böyük mütəxəssis (inspektor, statistik, ekspedisiya, dəftərxana, təsərrüfat, anbar müdiri, xəzinədar, komendant, surətçıxarma-çoxaltma və hesablama maşınlarının operatoru, texnik, stenoqrafçı, katibə-stenoqrafçı, makinaçı) | 153 | |
| aparıcı mütəxəssis (kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı) | 149 | |
| mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə) | 145 | |
| Beşinci təsnifat |
| |
| Azərbaycan Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının, Milli Televiziya və Radio Şurasının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının aparatlarında, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyində, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının Aparatında texniki vəzifələr tutan: | ||
| baş mütəxəssis (rəhbərin katibi, arxiv müdiri, makinaçılar bürosunun müdiri, surətçıxarma-çoxaltma bürosunun müdiri, böyük inspektor, böyük statistik, böyük arxivçi, məsul növbətçi, sürücü) | 143 | |
| böyük mütəxəssis (inspektor, statistik, ekspedisiya, dəftərxana, təsərrüfat, anbar müdiri, xəzinədar, komendant, surətçıxarma-çoxaltma və hesablama maşınlarının operatoru, texnik, stenoqrafçı, katibə-stenoqrafçı, makinaçı) | 139 | |
| aparıcı mütəxəssis (kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı) | 135 | |
| mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə) | 132 | |
| ALTINCI TƏSNİFAT | ||
| Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrində, onların tabeliyində olan regional orqanlarda ,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrində, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) Aparatında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanlarında, rayon (şəhər) məhkəmələrinin, hərbi məhkəmələrinin (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla) və yerli iqtisad məhkəmələrinin aparatlarında, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin və “Naxçıvan Muxtar Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan orqanların aparatında texniki vəzifələr tutan: | ||
| baş mütəxəssis (rəhbərin katibi, arxiv müdiri, makinaçılar bürosunun müdiri, surətçıxarma-çoxaltma bürosunun müdiri, böyük inspektor, böyük statistik, böyük arxivçi, məsul növbətçi, sürücü, sosial işçi) | 130 | |
| böyük mütəxəssis (inspektor, statistik, ekspedisiya, dəftərxana, təsərrüfat, anbar müdiri, xəzinədar, komendant, surətçıxarma-çoxaltma və hesablama maşınlarının operatoru, texnik, stenoqrafçı, katibə-stenoqrafçı, makinaçı) | 127 | |
| aparıcı mütəxəssis (kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı) | 123 | |
| mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə) | 120 | |
|
|
|
|
Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyi işçilərinin aylıq vəzifə maaşları
| Vəzifələrin adları | Vəzifə maaşları (manat) |
| Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibi | 1470 |
| Baş məsləhətçi | 712 |
| Böyük məsləhətçi | 682 |
| Aparıcı məsləhətçi | 650 |
| Məsləhətçi | 627 |
A.Qorxmaz