Modern.az

Elmlər Akademiyasının növbəti prezidenti bu adamlardan biri ola bilər - SIYAHI

Elmlər Akademiyasının növbəti prezidenti bu adamlardan biri ola bilər - SIYAHI

Ölkə

14 Fevral 2013, 10:16

AMEA-nın prezidenti Mahmud Kərimov bir neçə gün öncə dünyasını dəyişdi. Onun vəfatı Elmlər Akademiyasında seçki məsələsini yenidən gündəmə gətirdi. Belə ki, hələ 2012-ci ilin əvvəlində AMEA həqiqi və müxbir üzvlərin seçilməsi ilə bağlı müsabiqə vəziyyəti elan edilib və may ayında qurumun ayrı-ayrı bölmələri üzrə namizədlərin dindirilməsi prosesi olub və onların şəxsi işlərinə baxılıb. Akademiyanın nizamnaməsinə əsasən, sənədlər qəbul ediləndən 3 ay sonra səsvermə keçirilir və vakant yerlərə namizədlər təsdiqlənir.

  Həqiqi və müxbir üzvlərin seçilməsi prosesi isə hələ də ləngiyir. AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov Modern.az-a son açıqlamasında seçkilərin ləngiməsini texniki problemlərlə əlaqələndirmişdi.   Qeyd edək ki, AMEA-nın həqiqi və müxbir üzvlüyünə 255 nəfər – 10 həqiqi üzv vakant yerinə 34 nəfər, 30 müxbir üzv vakant yerinə isə 221 nəfər öz namizədliyini irəli sürüb. Hazırda Akademiyanın 54 həqiqi, 110 müxbir üzvü var.   Modern.az AMEA-nın həqiqi üzvlərinin siyahısı təqdim edir:

Abbasov Əli Məmməd oğlu - informasiyanın işlənməsi və idarəetmə sistemləri

Ağayev Böyükkişi Ağa oğlu - tibb elmləri doktoru, həkim-cərrah

Axundov Ağamusa Ağası oğlu - dilçilik üzrə böyük mütəxəssis

Allahverdiyev Calal Eyvaz oğlu - fizika-riyaziyyat  elmləri doktoru

Bünyadov Teymur Əmiraslan oğlu - tarix elmləri doktoru

Daşdəmirov Əfrand Firudin oğlu - fəlsəfə elmləri doktoru

Eldarov Ömər Həsən oğlu - heykəltəraş

Ələkbərov Urxan Kazım oğlu - biologiya elmləri doktoru

Əliyev Ağadadaş Mahmud oğlu - texnika elmləri doktoru

Əliyev Cəlal Əlirza oğlu - biologiya elmləri doktoru

Əliyev Cəmil Əziz oğlu - tibb elmləri doktoru , onkoloq

Əliyev Fikrət Əhmədəli oğlu - fizika-riyaziyyat elmləri doktoru

Əliyev Maqsud İsfəndiyar oğlu - fizika-riyaziyyat elmləri doktoru

Əliyev Telman Abbas oğlu - texnika elmləri doktoru

Əliyev Seyfəddin Vəli oğlu - texnika elmləri doktoru
Əlizadə Akif Ağa Mehdi oğlu - geologiya-mineralogiya elmləri doktoru

Əmiraslanov Əhliman Tapdıq oğlu - tibb elmləri doktoru

Əsgərov Bəhram Mehrəli oğlu - fizika-riyaziyyat elmləri doktoru

Fərzəliyev Vaqif Məcid oğlu - kimya elmləri doktoru

Hacıyev Akif Cəfər oğlu - fizika-riyaziyyat elmləri doktoru 

Hacıyev İsmayıl Muxtar oğlu - tarix elmləri doktoru

Haşımzadə Firudin Məmməd Əli oğlu - fizika-riyaziyyat elmləri doktoru

Həbibbəyli İsa Əkbər oğlu - filologiya elmləri doktoru

İbrahimov İsmayıl Əli oğlu - fizika-riyaziyyat elmləri doktoru

İsmayılzadə Arif Cəfər oğlu - geoloji-mineraloji elmləri doktoru

Qacar Çingiz Oveys oğlu - fizika-riyaziyyat elmləri doktoru

Qarayev Siyavuş Fərhad oğlu - kimya elmləri doktoru

Quliyev Nəriman Ağa-Qulu oğlu - fizika-riyaziyyat  elmləri doktoru

Quliyev İbrahim Səid oğlu - geologiya-mineralogiya elmləri doktoru

Mehdiyev Arif Şəfaət oğlu - fizika-riyaziyyat  elmləri doktoru

Mehdiyev Ramiz Ənvər oğlu - fəlsəfə elmləri doktoru

Məmmədov Qərib Şamil oğlu - biologiya elmləri doktoru  

Məmmədova Siddiqə Rza qızı - biologiya elmləri doktoru

Məmmədəliyev Vasim Məmmədəli oğlu - filologiya elmləri doktoru

Məmmədyarov Məhərrəm Əli oğlu - kimya elmləri doktoru

Məhərrəmov Abel Məmmədəli oğlu - kimya elmləri doktoru

Nadirov Asəf Abbasqulu oğlu - iqtisad elmləri doktoru

Nağıyev Tofiq Murtuza oğlu - kimya elmləri doktoru

Namazova Adilə Əvəz qızı - tibb elmləri doktoru
Paşayev Arif Mircəlal oğlu - fizika-riyaziyyat elmləri doktoru

Rəhimov Rəhim Nurməmməd oğlu - tibb elmləri doktoru

Rizayev Ramiz Həsənqulu oğlu - kimya elmləri doktoru

Sadıxov Kamil İsmayıl oğlu - texnika elmləri doktoru

Salayev Eldar Yunus oğlu - fizika-riyaziyyat elmləri doktoru

Salmanov Məmməd Əhəd oğlu - biologiya elmləri doktoru

Seyidov Nadir Miribrahim oğlu - kimya elmləri doktoru

Səmədzadə Ziyad Əliabbas oğlu - iqtisad elmləri doktoru

Vəlixanlı Nailə Məmmədəli qızı - tarix elmləri doktoru

Yusifzadə Xoşbəxt Bağı oğlu - geologiya-mineralogiya elmləri doktoru.   

Qeyd edək ki, Akademiyanın yeni prezidenti bu şəxslər arasından seçilməsi ehtimalı böyükdür. Yəni AMEA prezidenti mütləq həqiqi üzv olmalıdır. Lakin namizəd müxbir üzvü olarsa, Nizamnaməyə əsasən, o, əvvəlcə AMEA-nın həqiqi üzvü olmalı, sonra prezident seçkisində iştirak etməlidir.

Elmin Nuri  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı