Modern.az

Nizami Ələkbərov İsmayıllını heç kimlə sağollaşmadan tərk edib

Nizami Ələkbərov İsmayıllını heç kimlə sağollaşmadan tərk edib

Ölkə

15 Fevral 2013, 12:22

Prezident İlham Əliyevin İsmayıllının icra başçısı Nizami Ələkbərovu vəzifəsindən azad etməsini rayon sakinləri böyük razılıqla qarşılayıbla. Modern.az-ın məlumatına görə, rayon sakinləri məlum hadisələrdən sonra israrla istefasını tələb etdikləri Nizami Ələkbərovu vəzifəsindən azad etdiyi üçün prezident İlham Əliyevə təşəkkər ediblər. Prezidentin yeni təyinatını nı müsbət qarşılayan İsmayıllı sakinləri Mirdaməd Sadıqovun uğurlu fəaliyyətinə ümid bəsləyirlər.

Bir müddət öncə mətbuata müsahibələrində vəzifəsindən istefa verməyəcəyini deyən Nizami Ələkbərov prezidentin dünənki sərəncamından dərhal sonra İsmayıllını tərk edib. İsmayıllı rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, vəzifəsindən azad edilən N.Ələkbərov  heç kimlə sağollaşmadan axşam saatlarında ailə üzvləri ilə birgə Bakıya qayıdıb. Bildirilir ki, o, uzun illər birgə çalışdığı müavinləri və eləcə də rayonun digər rəhbər şəxsləri ilə də sağollaşmağı lazım bilməyib.

İsmayıllı rayon İcra Hakimiyyətindəki mənbənin sözlərinə görə, artıq bu gündən keçmiş icra başçısının rayondakı obyektlərinin - əmlakının siyahıya alınmasına başlanılıb. Qeyd olunur ki,  N.Ələkbərovun İsmayıllıda hektarlarla torpaq sahəsi, bir neçə iri obyekti, böyük villası var.

N.Ələkbərovun bəzi kadrlarının (N.Ələkbərovun özü ilə İsmayıllıya gətirdiyi yaxın kadrları) da vəzifədən çıxarılacağı bildirilir.

İcra Hakimiyyətindən verilən digər məlumata görə, yeni icra başçısı Mirdaməd Sadıqov hələlik işə çıxmayıb.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Nizami Ələkbərov tutduğu vəzifədən azad edilib. Ölkə başçısıın digər sərəmcamı əslən İsmayıllıdan olan Mirdaməd Sadıqov  rayon İcra Hakimiyətinin başçısı təyin olunub.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı