Modern.az

Rasim Balayev: “İsgəndər Həmidov bizə quzu kababı qonaqlığı verdi...” - AÇIQLAMA

Rasim Balayev: “İsgəndər Həmidov bizə quzu kababı qonaqlığı verdi...” - AÇIQLAMA

Ölkə

18 Fevral 2013, 17:33

“İsgəndər Həmidovun dedikləri mənim üçün gözlənilməz oldu. Bizim heç vaxt təmaslarımız olmayıb. Onun guya mənimlə əlbəyaxa olması barədə dedikləri isə cəfəngiyyatdır”.

Bu sözləri Modern.az-a açıqlamasında xalq artisti, görkəmli kino aktyorumuz Rasim Balayev eks-daxili işlər naziri İsgəndər Həmidovun “Reytinq” qəzetinə müsahibəsində onu döyməsi barədə dediklərinə münasibət bildirərkən qeyd edib. Aktyotrun sözlərinə görə, eks-nazirlə heç vaxt yolları kəsişməyib.

“Sovet vaxtı biz Kəlbəcərdə “Firəngiz” filmni çəkirdik. İndi xatırladım. Ola bilsin o hadisəni qarışdırır. O zaman filmin çəkiliş heyətinin texniki üzvləri arasında dava düşmüşdü.

Həmin ərazidə İsgəndər Həmidov istirahət edirdi. Davaya qarışıb adamları ayırmışdı. Özünü “Qorotdel”in əməkdaşı kimi təqdim edən İsgəndər Həmidov sonra çəkiliş qrupu ilə görüşdü.

Sonra aparıb bir quzu kəsib hamıya qonaqlıq verdi. Onun adı  ordan yadımda qalıb. Çox səmimi, mehribanlılqla görüşdü mənimlə. Xeyli xoş sözlər dedi..”-deyə Rasim Balayev vurğulayıb.

Aktyorun sözlərinə görə, o zamandan bəri İsgəndər Həmidovla həyatda 2-3 dəfə üz-üzə gəlib.

“Mən onun dediklərinən bu gün xəbr tutdum. İsgəndər Həmidovun telefonunu mənə veriblər. İndi zəng vurub onunla görüşüb məsələyə aydınlıq gətirəcəyəm”-deyə R. Balayev vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı