Modern.az

Bir şəklin tarixçəsi: “Qara qızıl” və qara eynəkli Rəsul Quliyev...

Bir şəklin tarixçəsi: “Qara qızıl” və qara eynəkli Rəsul Quliyev...

Ölkə

20 Fevral 2013, 16:17


Neft təkcə sərvət deyil, həm də siyasi mübarizə vasitəsidir... “Qara qızıl”a görə o qədər qırmızı qanlar tökülüb ki...

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 90-ların əvvəllərində çəkilib.

Mərhum prezident Heydər Əliyev Bakının ən böyük neft emalı zavoduna - “Azərneftyağ”a gəlib. Onu Milli Məclisin sədri Rəsul Quliyev müşayiət edir. O zaman parlamentə yenicə spikerlik etməyə başlayan Rəsul Quliyev şəkildən göründüyü kimi, özünü “suda balıq” kimi hiss edir. Bu da səbəbsiz deyil, prezidentin gəldiyi obyekt - “Azərneftyağ” axı onun “imperiyasıdır”.

R.Quliyev prezidentdən bir addım öndə gedərək zavod barədə nə isə danışır. Hələ hər şey irəlidədir. Neftin taleyi qaranlıqdır, hələ, “Əsrin müqaviləsi” də imzalanmayıb ...

Bir müddətdən sonra arxada gələn şıq geyimli Afiyəddin Cəlilov öldürüləcək, nikbin görünən Rəsul Quliyev isə ABŞ-a “sürgünə” gedəcək...

Bir addım qabaqda olmaq hələ qalib olmaq deyil...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı