Modern.az

Azərbaycanda növbəti təbiət hadisəsi baş verib

Azərbaycanda növbəti təbiət hadisəsi baş verib

Ölkə

21 Fevral 2013, 15:38

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yanvarın 31-dən Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə başlamışdı. Modern.az-ın məlumatına görə, bu təqvimlə fevralın 20-də kiçik çillə çıxıb, öz yerini boz aya verib.

Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Amma bu il Azərbaycan ərazisində, xüsusilə də Bakıda belə hava şəraitinin şahidi olmadıq.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. Martın 21-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.

Deməli dünəndən boz ayı yaşayırıq. Bu il boz ayın ilk çərşənbəsi gələn həftəyə - fevralın 26-na təsadüf edəcək. El inamına görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

26 fevralda su, 5 martda od, 12 martda yel, 19 martda torpaq çərşənbəsi qalancaq.

Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı