Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
2010-cu ildən Prezidentin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunan Ceyhun Qaracayev hüquq sahəsində tanınan simalardandır. Əmək fəaliyyətinə 1982-ci ildə Bakı Şəhər Məhkəməsində iclas katibi vəzifəsindən başlayan C.Qaracayev sonralar müxtəlif işlərdə çalışıb. Konstitusiya hüququ ixtisası üzrə 50-dən artıq elmi məqalə və tədris materialların müəllifi olan Qaracayev Milli Məclisinin Aparatında da çalışmağa imkan tapıb.
Bu dəfə Ceyhun Qaracayevin oxşarını tapdıq... Sizcə, Ceyhun Qaracayevin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?
Biz Ceyhun müəllimin oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Ceyhun Qaracayevin oxşarı da Azərbaycanda öz sahəsində tanınan şəxsdir. Söhbət Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirovdan gedir. Elman müəllim mətbuatda, telekanallarda tez-tez politoloji şərhlər, təhlillərlə çıxış edir. O, medianı izləyənlərə yaxşı tanışdı.
Diqqətlə baxanda Ceyhun Qaracayevlə Elman Nəsirovun zahiri görünüşündə, saç düzümündə xeyli bənzərlik görmək mümkündür.
Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev

Politoloq Elman Nəsirov
A.Qorxmaz
***
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/
Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/
Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/
Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/
Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/
Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/
Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/
Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/
Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/