Modern.az

Ərdoğandan XOCALI başsağlığı: "Tarix bu qətliamı unutmayacaq"

Ərdoğandan XOCALI başsağlığı: "Tarix bu qətliamı unutmayacaq"

Ölkə

26 Fevral 2013, 14:30

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Xocalı soyqırımı  ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Ədalət və İnkişaf (AKP) partiyasının qrup toplantısında çıxış edərkən, bildirib ki, ermənilər Xocalıda törətdikləri qırğının hesabını verməyiblər.   

“Xocalı soyqırımında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxın tarixin bu qətliamını unutmayacaq və unutdurmayacağıq. Xocalı soyqırımında həyatını itirən azəri qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı