Modern.az

“Müxalifət AMİP-in təklifini rədd edib”- AÇIQLAMA

 “Müxalifət AMİP-in təklifini rədd edib”- AÇIQLAMA

Ölkə

2 Mart 2013, 13:46

Müxalifət liderlərinin ABŞ səfiri  Riçard Morninqstarla keçirdiyi sonunu görüşün təfərrüatı ilə bağlı ətraflı məlumat verilməsə də, mətbuata qapalı keçirilən görüşdə müxalifətin birləşməsi haqda danışıqların aparıldığı bildirilir.

ABŞ səfiri ilə görüşdə iştirak edən ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında  müxalifətin seçkiqabağı görüşlər keçirməsi və ölədəki ictimai-siyasi durumla bağlı intensiv müzakirələrin aparılması haqda təklifin irəli sürüldüyünü bildirib. Onun sözlərin görə, təklif AMİP sədri Yusif  Bağırzadə tərəfindən irəli sürülüb.

ADP sədri müxalifətin 8 liderin ötən ilki görüşündən sonra partiyaların biraraya gələ bilməməsindən şikayət edib. Onun sözlərinə görə, AMİP sədri müxalifət liderlərini görüşə çağırsa da partiyalar tərəfindən müsbət qarşılanmayıb.

“Çox təəssüf ki, bizim cəhdlərimizə baxmayaraq müxalifətin biraraya gəlməməsi çox ciddi problem kimi qalmaqdadır. Bu da seçkilərin nəticələrinə ciddi şəkildə pis təsir edəcək. Bundan əvvəl bir neçə görüşümüz oldu. Dünən də AMİP sədri Yusif Bağırzadə belə bir təklif qaldırdı. Təəssüf ki, onun təşəbüssü müsbət qarşılanmadı. Bu təşəbbüs də müxalifətin birləşməsi ilə bağlı idi”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı