Modern.az

Digər ali məktəblər BDU-da olduğu kimi, maaşları artıra bilərmi?

Digər ali məktəblər BDU-da olduğu kimi, maaşları artıra bilərmi?

Ölkə

5 Mart 2013, 10:12

Fevral ayının 1-dən Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin əmək haqlarında artım baş verib. Universitetlərin özünümaliyyə sisteminə keçidin bir mərhələsi olan bu yeniliyin digər digər ali məktəblərdə də tətbiqi gözlənilirmi?

Slavyan Universitetinin baş mühasibi Nüşabə Tanrıverdiyeva Modern.az saytına açıqlamasında bildirib ki, onlarda belə bir təcrübənin tətbiqi imkansızdır. O, bunu həm universitet tələblərinin azlığı, həm də onlara ödənilən təhsil haqlarının az olması ilə əlaqələndirib.

“Bizdə Bakı Dövlət Universitetində olduğu qədər tələbə yoxdur və təhsil haqları da o qədər yüksək deyil. Ona görə belə bir addımın bizdə atılması hələlik mümkün deyil”.

Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyyə Naxçıvanlı da bunun tətbiqinin mümkünsüz olduğunu bildirib.

“Çünki Bakı Dövlət Universitetinin tələbə kontingenti çoxdur və orada oxuyan tələblərin ödəniş haqları da bizimkindən qat-qat yüksəkdir. Müəllimlər İnstitutunda oxuyan tələblər o qədər də yüksək təbəqədən olanlar deyil, orta təbəqədəndirlər və onlar çox aşağı ödənişlərlə oxuyurlar. Biz də istərdik ki, öz maliyyəmiz hesabına müəllimlərin əmək haqlarını qaldıraq. Bunu hansı insitutut istəməz ki, özünü maliyyə asisteminə keçsin. Hansısa böyük universitet dotasiyasız işləyə bilər, amma bizdə bu mümkkün deyil”.

Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin rəhbəri Mansur İbrahimov bildirib ki, yaxın aylarda universitetin xüsusi vəsaiti hesabına universitet müəllimlərinin əmək haqlarında artım gözlənilir.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı