Fransanın Milli Assambleyasında keçirilən tədbir zamanı ermənilər tərəfindən iki azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı polis cinayət işi açıb. Azərbaycanlıları döyən ermənilər istintaqa cəlb olunub. Bu barədə Modern.az-a Fransadakı “Azərbaycan Evi”nin rəhbəri, bu hadisədə xəsarət almış Mirvari Fətəliyeva bildirib.
“Biz baş vermiş hadisə ilə bağlı şikayət etmişik. Bununla bağlı istintaq gedir”-deyə M.Fətəliyeva vurğulayıb.
“Hələlik hadisənin təsiri altındayam və çox yorğunam. Bundan artıq dəqiq informasiya verə bilmirəm. İstintaq davam edir və nəticələrin nə zaman açıqlanacağını bilmirəm”.
Aytən ƏLİYEVA