Modern.az

Gülər Əhmədovanı 8 Martda belə təbrik etdilər - FOTO

Gülər Əhmədovanı 8 Martda belə təbrik etdilər - FOTO

Ölkə

8 Mart 2013, 20:15

Sabiq deputat Gülər Əhmədovanın millət vəkili olduğu müddətdə köməkçisi işləmiş Əhməd Şahidov onu 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.

Modern.az saytının məlumatına görə, Əhməd Şahidov Facebook sosial şəbəkəsindəki profilində hazırda həbsdə saxlanılan Gülər Əhmədovaya belə bir təbrik ünvanlayıb:

“Mən bu gün xüsusilə bir xanımı təbrik etmək istəyirəm. O insan mənim Milli Məclisdə iş yoldaşım, elmi fəaliyyətimdə həmkarım və nəhayət yaxın bir dostum olub. Gülər xanımla bir çox elmi konfranslarda iştirak etmişik, yol yoldaşı olmuşuq. Deyirlər, insanı yolda tanımaq olur. Mən Gülər xanımı tanıdım və qürur duydum onun kişi xasiyyəti ilə. Təbrikim zaman və məkan etibarilə bir qədər qəribə görünə bilər. Amma biz dostlarımızı heç zaman unutmuruq, unutdurmuruq! Kim olursa olsun, nə edirsə etsin, dostdursa, dost olaraq da qalacaq! Gülər xanım, Sizi təbrik edirəm, Sizə ilk növbədə can sağlığıı və möhkəm səbr arzulayıram! Möhkəm olun!”

Xatırladaq ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.




Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı