Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Ölkə

9 Mart 2013, 14:00

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunan Kamran Şəfiyev hüquq sahəsində tanınan simalardandır.  Əmək fəaliyyətinə Rusiyada başlayan, daha sonra 1994-1998-ci illərdə Azərbaycan Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində müxtəlif vəzifələrdə çalışan K.Şəfiyev 1998-2000-ci illərdə Mərkəzi Seçki Komissiyasının da üzvü olub.

Bu dəfə Kamran Şəfiyevin oxşarını tapdıq... Sizcə, Kamran Şəfiyevin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?

Biz Kamran müəllimin oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Kamran Şəfiyevin oxşarı da Azərbaycanda hüquqşünas kimi kifayət qədər tanınan şəxsdir. Söhbət Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri üzrə sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovdan gedir.
Çingiz müəllim mətbuatda, telekanallarda tez-tez çıxışlar edir. O, medianı izləyənlərə yaxşı tanışdı.  Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı baxılan şikayətlər, qaldırılan iddialarla bağlı Çingiz Əsgərovun mütəmadi açıqlamaları olur.

Diqqətlə baxanda Kamran Şəfiyevlə Çingiz Əsgərovun zahiri görünüşündə, saç düzümündə, sifəıt cizgilərində həddindən çox bənzərlik görmək mümkündür.

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev


Prezident Administrasiyasının sektor müdiri  Çingiz Əsgərov

A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/

Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/

Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/

Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/

Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/


Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/

Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/


Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/

Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/ 

Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/


Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı