Modern.az

Türkiyədə vətəndaşlıq alan azərbaycanlıların sayı açıqlandı - Rəsmi STATİSTİKA

Türkiyədə vətəndaşlıq alan azərbaycanlıların sayı açıqlandı - Rəsmi STATİSTİKA

Ölkə

11 Mart 2013, 17:19

Türkiyənin daxili işlər naziri Müammər Gülər 10 il ərzində 124647 əcnəbiyə Türkiyə vətəndaşlığı verildiyini söyləyib. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu müddət ərzində Türkiyədən ən çox vətəndaşlıq alan bolqarlar olub – 44050 nəfər. Eyni zamanda 15 min 588 Azərbaycan, 7518 Rusiya, 6723 Şimali Kipr, 6355 Əfqanıstan və 3700 Suriya vətəndaşı Türkiyədə yeni vətəndaşlıq alıb.

Eyni zamanda 2012-ci ildə 39185 əcnəbiyə iş üçün, 52538 əcnəbiyə isə təhsil üçün Türkiyədə məskunlaşma icazəsi verilib. 

Nazir Müammər Gülər bildirib ki, 2003-2012-ci illərdə ümumən 354 min 16 nəfər Türkiyə vətəndaşlığından çıxıb və ya çıxarılıb.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı