Modern.az

Rəsul Quliyev Bakıya qayıdışı haqqında danışdı: “Hələ martın əvvəlidir"

Rəsul Quliyev Bakıya qayıdışı haqqında danışdı: “Hələ martın əvvəlidir"

Ölkə

13 Mart 2013, 11:06

Milli Məclisin eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev bir neçə ay bundan öncə Azərbaycana nə zaman gələcəyi ilə Modern.az-a açıqlama vermişdi. Eks-spiker vətənə dönüşü ilə bağlı bu ilin mart ayında konkret qərar verəcəyini bəyan etmişdi. Artıq mart ayının ikinci ongünlüyü başlayıb. Seçki kampaniyasına az vaxt qalsa da, sabiq spikerdən qayıdışla bağlı hələ də bir cavab gəlməyib.

Modern.az-ın əməkdaşı Rəsul Quliyevin Azərbacana dönüşü ilə bağlı eks-spikerə sorğu göndərib. İsrarlı suallara baxmayaraq Milli Məclisin sabiq sədri bu haqda danışmaq istəməyib. Rəsul Quliyev yalnız bir cümlə ilə sualı cavablandırıb.

“Hələ mart ayının əvvəlidir...” -deyə cavab verən R.Quliyev konkret fikir bildirməkdən imtina edib.

Xatırladaq ki, bir müddət əvvəl Modern.az-a açıqlamasında R.Quliyev gəlişi ilə bağlı 2013-cü ilin mart-aprel aylarında məlumat veriləcəyini vurğulayıb.

“Mən Azərbaycana gələrsəm, biz demək olar ki, nəzərdə tutduğumuz problemlərin 80 faizini həll etmiş olarıq. Geridə qalan 20 faiz də zamanında həll olunar. İndi gərək mən çalışım ki, 2005-ci ildəki qeyri-mümkünsüzlüyün heç olmasa bir hissəsini mümkün edim. Yəqin ki, hamınız bildiniz ki, mən nə üçün 2005-ci ildə Bakıya gələ bilmədim. Kifayət qədər əminəm ki, yeni variantlar həyata keçiriləcək. Bu işin nə dərəcədə baş tutacağını siz gələn ilin mart, aprel ayında biləcəksiniz”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı