Modern.az

Qubalı deputatlar məhkəmənin hökmünü gözləyir

 Qubalı deputatlar məhkəmənin hökmünü gözləyir

Ölkə

13 Mart 2013, 12:57

Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə tutulanların işi üzrə məhkəmə prosesi davam etdirilir. Məsələ ilə bağlı Modern.az Qubadan olan deputatlarla əlaqə saxlayıb münasibət öyrənib.   Milli Məclisin deputatı Yevda Abramova hadisələri qabaqlamamağı və məhkəmənin işinə qarışmamağın düzgün olduğunu bildirib.

“Bu məsələ məhkəməlikdir. Yevda Abramovluq deyil. Mən bu haqda çox danışmışam. Ona görə də hadisələri qabaqlamayın. Mən mülkü hüquq üzrə mütəxəssis deyiləm, məhkəmələrdə iştirak etməmişəm, o sənədləri oxumamışam. Gəlin məhkəmələrə sərbəstlik verək. Gəlin demokratik cəmiyyətin qayda qanunlarına hamımız tabe olaq. Sonra deyirik ki, demokratiya yoxdur. Gəlin məhkəmələrin işinə qarışmayaq. Özləri qanunlara baxıb məsələləri bitirsinlər”.

Həmkarı ilə eyni fikirdə olan deputat Vahid Əhmədov da məhkəmənin qurtarmasını gözləməyin vacibliyini bildirib.” O hadisələr barədə biz hələ danışmırıq. Məhkəmə qurtarsın sonra”.

Şahanə RƏHİMLİ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı