Modern.az

Məktəblilərin yaz tətilinin müddəti ilə bağlı AÇIQLAMA

Məktəblilərin yaz tətilinin müddəti ilə bağlı AÇIQLAMA

Ölkə

13 Mart 2013, 16:13



Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblilərin yaz tətilinin müddəti ilə bağlı açıqlama verilib.
Modern.az-ın məlumatına görə, məktəblilərin yaz tətilinin müddəti martın 17 – dən 24 – dəkdir. Lakin bu il martın 17 – si bazar gününə təsadüf etdiyindən 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri üçün martın 15 – i, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri üçün isə martın 16 - sı yaz tətili öncəsi sonuncu dərs günü olacaq. 

Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri – iş günləri ilə əlaqədar 5 günlük qrafiklə işləyən məktəblərdə dərslər martın 27 – də, 6 günlük qrafiklə işləyən məktəblərdə isə dərslər martın 26 – da başlayacaq.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı