Modern.az-ın məlumatına görə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə hüquq müdafiəçisi Vidadi İsgəndərli arasında qalmaqal yaranıb. Baş redaktor hüquq müdafiəçisinin “Azadlıq”a qarşı iardlarını qəzəblə qarşılayıb. Prezidentliyə namizədliyini irəli sürdüyü bəyan edən V. İsgəndərli sosial şəbəkədə yazıb ki, “Azadlıq” qəzeti ondan müsahibə almadı.
Onun “dedilər Əli Kərimli icazə verməlidir” statusu müxalifət düşərgəsində ciddi rezonans doğurub.
“Azadliq” qəzetinin rəhbəri hüquq müdafiəçisinin ittihamına kəskin cavab yazıb.
“Ya Vidadi Isgəndərlinin profilini əlindən aliblar, ya da ağlını. Əgər profili əlindən alınıbsa, o halda oğurluqdu, vəssalam. Əgər "Azadlıq" qəzeti haqqında "mənim mənəvi balam" ifadəsini işlədən Vidadi Isgəndərlinin ta kəndisidirsə, o zaman bu kobud səhvi aradan qaldırmaq onun mənəvi borcudur. Qurtarın bu meymunluğu hörmətli bəylər! Hərəniz gedib bir-iki il “srok” yatıb allahlıq iddiasina duşmək kimi yaramaz xasiyyətlərinizə son qoyun. Ozunuz ciddi adam ola bilmirsiniz, cəhənnəm, başqalarına pis numunə olmayın!”-deyə Q. Zahid yazıb.
Modern.az