Modern.az

“Bakı buna razılıq versə, İrana çox ağır bir bəla üz verəcək” - ŞƏRH

“Bakı buna razılıq versə, İrana çox ağır bir bəla üz verəcək” - ŞƏRH

Ölkə

16 Mart 2013, 12:16

Son zamanlar ölkə mətbuatında Azərbaycana Rusiyanın təzyiqləri ilə bağlı ciddi müzakirələr gedir. Gürcüstan prezidenti Mixail Saakaşvillinin Tbilisi hava limanında jurnalistlərə verdiyi Azərbaycanda Rusiyanın dövlət çevrilişi hazırlamaq planı haqqında açıqlaması da birmənalı qarşılanmadı. Rusiyanın Azərbaycanla bağlı planlarında hakimiyyət dəyişikliyinin yer almasının aysberqin görünən hissəsi olması barədə deyilən fikirlərdə şimal qonşumuzun əsl niyyətinin ölkəmizi parçalamaq və xaos yaratmaq məqsədi daşıdığı qeyd olunur. Kreml siyasi dairələrinin Cənubi Qafqazla bağlı planlarında əsas prioritetin Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin Rusiyaya verilməsi məsələsi artıq bəzi məqamlar üzərində düşünməyə əsas verir. Həmçinin bunun müqabilində Rusiya guya Ermənistan tərəfindən işğal olunmuş Qarabağın Azərbaycana qaytarılmasını da vəd edir.

Rusiya heç nə edə bilməz…  

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bütün bunları əsassız və cəfəng iddia adlandırıb. Onun sözlərinə görə, belə bir prosesin olacağı gözlənilmir. “Xəzər dənizini Azərbaycan heç bir halda Rusiyaya güzəştə getməz. Çünki Xəzər dənizində Azərbaycanın böyük neft və qaz infrastrukturu var. Dağlıq Qarabağı isə ermənilərdən alıb bizə vermək istiqamətində fəaliyyət göstərə bilməz. Son zamanlar Dağlıq Qarabağın tanınması və onun beynəlxalq aləmə çıxarılması yönündə Rusiyanın müəyyən dairələri tərəfindən fikirlər səsləndirilir. Xəzər dənizinin Azərbaycana düşən payının Rusiyanın mənimsəməsi beynəlxalq hüquqa zidd addımdır. Bunu həyata keçirmək sadəcə olaraq mümkün deyil. Çünki bununla dünyada misli görünməmiş bir presedent yara bilər. Bu presedent dünyanın heç bir ölkəsi və beynəlxalq qurumlar tərəfindən qəbul edilə bilməz”, – deyə politoloq vurğulayıb. Siyasi analitik onu da əlavə edib ki, Xəzər dənizi həm də Azərbaycanın dünyaya açılan bir yoludur. Buna görə də Rusiya bu cür tələb irəli sürə bilməz. “Heç imperializmin müstəmləkə müharibələri dövründə bu cür iddialar irəli sürülməyib. XXI əsrdə dünyada beynəlxalq münasibətlər dəyişib və hüquq daha da təkmilləşib. Dövlətlər arası münasibətlər də daha ciddi hüquqi bazaya söykənir”.  

İran başa düşməlidir ki...  

Politoloq qeyd edib ki, Rusiya tərəfindən müəyyən təhdidlər səsləndirilsə də, bunun həyata keçirilməsi qeyri-mümkündür. Bölgədə İran amilinə də toxunan politoloq bu ölkənin Azərbaycana qarşı zaman-zaman təxribatların müəlliflərindən biri olmasını dilə gətirib.   “Ancaq indiki şəraitdə İran Azərbaycanla əlaqələrini qaydaya salmalıdır. Çünki İranın başı üzərində buludlar qatılaşmaqdadır. İranın nüvə proqramı məsələsində ABŞ tərəfi çox təhlükəli fikirlər səsləndirir. Bu yaxınlarda ABŞ prezidenti Obamanın İsrailə səfəri gözlənilir. Bu səfər çərçivəsində əsas müzakirə obyekti İranın nüvə obyektlərinin məhv edilməsi məsələsi olacaq. Həqiqi mənada İrana qarşı hərbi əməliyyatların başlanması nəzərdə tutula bilər. Buna görə də İran ona qarşı bu cür təhlükələrin mövcudluğu şəraitində Azərbaycanla bağlı münasibətlərdə mürəkkəblik yaradan addımlar atmağa cəsarət edə bilməz. Rusiyanın Azərbaycana qarşı müəyyən təhdid və təzyiqləri İranı şirnikləndirə bilər. Amma İranın Azərbaycana qarşı yürütdüyü siyasət yürüdərsə, dövlətimiz də buna adekvat cavab verəcək. Bu da İran üçün zərərli rol oynaya bilər. Azərbaycanın geosiyasi rolu və əhəmiyyətindən İrana qarşı edilməsi məsələsi də nəzərə alınmalıdır. Rəsmi Bakı buna razılıq versə, İran üçün  nəticəsi çox ağır olan bir bəlaya gətirib çıxara bilər. Bu səbəbdən İran əvvəllər Azərbaycanla diplomatik dildə danışırdısa, müəyyən hərəkətlər edirdisə, indi bundan özünü çəkindirmək məcburiyyətindədir. Çünki İranı hər tərəfdən üzük qaşı kimi mühasirəyə alıblar. Belə şəraitdə, onun əsas nəfəslik yolu Azərbaycana qarşı siyasi xətt tutmamalıdır”, – deyə politoloq İrana məsləhət verib.  

Aqşin Kərimov  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı