Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev Azərbaycan vətəndaşlarına müraciət edib.
Modern.az-ın məlumatına görə, E.Abdullayev bildirib ki, 9 ildən coxdur ogurlanmış qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevlə əlaqədar olaraq Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatla ölüm-dirim savaşı aparır. O, bu artıq bu problemin həm Azərbaycan xalqının, həm də beynəlxalq təşkilatların diqqət mərkəzibdə olduğunu qeyd edib.
EşAbdullayev təəssüflə vurğulayıb ki, Azərbaycanda adam ogurlugu ilə məşgul olan bandanı cəzalandırmaq əvəzinə zərərcəkmişi susdurmaq məqsədi ilə cəzalandırırlar ki, bu zaman da banda dövlətin resurslarından istifadə edir.
“Bir hüquqşünas kimi yalnız qardaşım Mahir Abdullayevin taleyi deyil, məni bütün Mahirlərin taleyi maraqlandırır. Mahir Abdullayev kimi izsiz-tozsuz yox edilmiş bir cox Azərbaycan vətandaşlarının da taleyinə aydınlıq gətirilməlidir. Hələ də “sehirli əl“ öz işini davam etdirir, bu cinayətlərin qarşısı alınmalıdır və cinayətkarlar layiqli cəzalarına catmalıdırlar.
Hörmətli soydaşlarımız ... !!!
Bu sahədə bütün zərərcəkmiş ailələrin “İnsan Hüquqlarının Mühafizə olunması üzrə Beynəlxalq Assosasiya“ müraciət etmələrini xahiş edirəm”-deyə E.Abdullayev müraciətində vurğulayıb.