Modern.az

ARDNŞ-nin vitse-prezidenti də “Boss Shelf”dəki aksiyaçıların yaynına gedib - FOTO

ARDNŞ-nin vitse-prezidenti də “Boss Shelf”dəki aksiyaçıların yaynına gedib - FOTO

Ölkə

18 Mart 2013, 16:36

Heydər Əliyev adına Dərin Özüllər Zavodunun sexlərini işlədən “Boss Shelf” şirkətin fəhlələri bu gün səhər tətil edərək, işçilərin tibbi sığortasının olmamasına, əmək haqqının azlığına etirazlarını bildiriblər. Nəticədə rəhbərlik fəhlələrlə danışıqlara getməyə məcbur olub. Zavodun klubunda aksiyaçılarla iclas keçirilib. Fəhlələr şikayətlərini rəhbərliyə çatdırıblar.

“Boss Shelf” şirkətinin Həmkarlar Təşkilatının sədri Səfər Səfərov isə Modern.az-a açıqlamasında baş tutan aksiyanı şişirtməyin əleyhinə çıxıb.
O bildirib ki, işçilər rəhbərlikdən tələblərin yerinə yetiriləcəyinin razılığını alıblar və buna etiraz aksiyası  demək olmaz. “Tələblər yerinə yetirilir, onsuz da onların tələbləri həmişə yerinə yetirilirdi. O tələblər dəfələrlə sakit formada olub. İşçilər elə bilirlər heç kəs onların tələblərini yerinə yetirmir. Ancaq bugünkü toplantıda ARDNŞ-nin vitse -prezidenti Xaliq Məmmədov da  iştirak etdi.  Hər şey öz yoluna qoyuldu”. 

Həmkarlar Təşkilatının sədri deyib ki, “Boss Shelf MMC” Dərin Özüllər Zavodunun sexlərini  icarəyə götürdüyünə görə birdən-birə işçi qüvvəsi çoxalıb.

“Çoxalanda da aydın məsələsidir ki, bir az laqeyidlik yaranır, ondan sonra yavaş-yavaş hər şey yoluna düşür. İndi də hər şey öz qaydasındadır. Burada elə bir hay-küy yoxdur. Bu saat hamı öz iş yerindədir. İşçilərin maaşı həmişə qaldırılıb, indi də artırılacaq. Keçən il 15 % qalxdı. Bu il də iş yoluna düşəndən sonra hər şey öz qaydasında olacaq. Burada heç bir etiraz yox idi. Sadəcə onlar rəhbərliyin dilindən razılıq alırdılar. Yəni söz deyib, cavab almaq istəyirdilər”.  





Şahanə RƏHİMLİ
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı