Modern.az

EL hərəkatının hərəkəti jurnalistlərin etirazına səbəb oldu

EL hərəkatının hərəkəti jurnalistlərin etirazına səbəb oldu

Ölkə

19 Mart 2013, 12:59


EL hərəkatının mətbuat xidməti bu gün səhər KİV-lərdə işıqlandırılması üçün press-reliz yayıb. Modern.az-a  da daxil olan press-relizdə hərəkatın təşəbbüs qrupunun martın 18-də yığıncaq keçirdiyi, orada qurumun idarə heyətinin, məclisinin yaradılmasına qərar verildiyi, ağsaqqallar şurası, qadınlar şurası, gənclər komitəsi formalaşdırmaq üçün razılığa gəlindiyi bildirilib.

Eyni zamanda bildirilib ki, təşəbbüs qrupu üzvləri Novruz bayramı tətilini bölgə səfərlərinə həsr etməyi qərarlaşdırıblar.

Maraqlıdır ki, EL hərəkatının mətbuat xidməti adından KİV-lərə göndərilən press-reliz yalnız rus dilindədir. Bu isə press-relizi alan media orqanlarında birmənalı qarşılanmayıb və bəzi KİV-lər məhz bu səbəbdən onu işıqlandırmayıblar.
EL hərəkatının press-reliz yalnız rus dilində yayması hətta sosial şəbəkə də müzakirəyə səbəb olub, bəzi jurnalistlər isə qurumun mətbuatla əlaqələndiricisi Zəfər Quliyevə irad bildiriblər.

Xatırladaq ki, bu il martın 12-də təqdimatı olan EL hərəkatının təşəbbüs qrupuna Eldar Namazov sədrlik edir.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı