Modern.az

Eldar Namazov “EL” Hərəkatının səhvini araşdıracaq

Eldar Namazov “EL” Hərəkatının səhvini araşdıracaq

Ölkə

19 Mart 2013, 14:09

“EL” Hərəkatının mətbuat xidməti bu gün səhər KİV-də işıqlandırılması üçün press-reliz yayıb. Press-relizin yalnız rus dilində yayılması jurnalistlər arasında narazılığa səbəb olub. “El” Hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov Modern.az-a açılqlamasında bildirib ki, press-relizin rus dilində yayılması araşdırılacaq:
“Əslində press-reliz hazırlananda iki dildə hazırlanıb. Məlumatın bir dildə olan variantını göndərib, ardınca o biri dildə olan variantı da göndərməli idilər. Bununla şəxsən maraqlanacağam”.

Eldar Namazov onu da qeyd edib ki, məlumatın yalnız rus dilində yayılmasını da mətbuat xidməti ilə də dəqiqləşdirəcək: “Ola bilər ki, məlumatı gecə saatlarında yaydıqlarından birinci hansı saytda qoyulubsa digər saytlar da ilkin mənbədən götürüblər. Amma yenə də bunu bir daha dəqiqləşdirəcəyəm. Hətta mənə dedilər ki, hansısa rusdilli saytda məlumat yerləşdirilib. Təklif etdilər ki, facebook səhifəmdə “like” etsinlər. Facebook səhifəmi idarə edən köməkçilərimə dedim ki, məlumat Azərbaycan dilində olarsa, yerləşdirilsin. Ola bilər ki, bu məlumat tələsik yerləşdirildiyindən yalnız rus dilində olan variant göndərilib”.

 

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı