Modern.az

Sabirabadda dəhşətli qəza: 2 nəfər ölüb

Sabirabadda dəhşətli qəza: 2 nəfər ölüb

Ölkə

22 Mart 2013, 11:48

Bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda dəhşətli yol qəzası baş verib. Modern.az-ın məlaumataına görə, Şirvandan Sabirabad istiqamətində hərəkət edən 3 avtomobil toqquşub.

Sabirabad Rayon Polis Şöbəsindən də faktı təsdiqləyiblər. Bildirilib ki, bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda "Mercedes" markalı avtomobil, VAZ 2107 və VAZ-2115 markalı maşınları toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 2-si isə ağır yaralanıb. Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı