Modern.az

Gülər Əhmədovanın oğlunu əsgərlikdə vurublar

Gülər Əhmədovanın oğlunu əsgərlikdə vurublar

Ölkə

23 Mart 2013, 23:00

Gülər Əhmədovanın hərbi xidmətdə olan oğlu Toğrul Əhmədov təcili Dövlət Sərhəd Xidmətinin Bakıdakı Hospitalına gətirilib.

Bu məlumatı movqe.az-a Toğrulun atası Fikrət Əhmədov verib:

"Mənə xəbər gəldi ki, oğlunu təcili Dövlət Sərhəd Xidmətinin Bakıdakı Hospitalına gətiriblər. Mənə dediklərinə görə, qolu qırılıb. Amma verilən digər məlumata görə, Toğrulu vurublar. Onu helikopterlə təcili Bakıya gətiriblər. Hələki oğlumla görüşümə icazə vermirlər. Bilmirəm vəziyyəti necədir. Xahiş edirəm ki, oğlumu göstərsinlər ürəyim rahatlaşsın. Amma içəri buraxmırlar. Əgər qolu qırılıbsa Hospitalın rəhbərliyindən bu barədə mənə bir söz də deyən yoxdur. Hələki gözləyirəm. Çox narahatam oğlumun səhhətindən. Sizin vasitənizlə səslənirəm Hospitalın rəhbərliyinə mənim oğlumla görüşümə icazə versinlər”.
F.Əhmədov oğlunun Yevlaxda N saylı hərbi hissədə xidmət etdiyini bildirib.

Gülər Əhmədovanın hərbi xidmətdə olan oğlu Toğrul Əhmədovun Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına yerləşdirilməsinə rəsmi münasibət bildirilib. Hospitaldan bildiriblər ki, Gülər Əhmədovanın oğlu həqiqətən də, bu gün saat 18:00 radələrində DSX-nın Hərbi Hospitalına gətirilib. Amma Hospitaldan Toğrul Əhmədovun vurulması xəbərini qəti təkzib ediblər. Bildiriblər ki, T. Əhmədov qol güləşdirərkən sağ qulunun bazu sümüyünün ücdə bir hissəsi qırılıb. Elə həmin an ona orada ilkin tibbi yardım göstərilib qolu gipsə salınıb. Və dərhal Bakıya Hərbi Hospitala gətirilib. Hospitaldan T. Əhmədovun vəziyyətinin hazırda normal olduğunu ona lazımi bütün tibbi yardımın göstərildiyini söyləyiblər. T. Əhmədovun həkimi travmatoloq Azər Qafarovdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı