Modern.az

Məşhur türk serialında Mübariz İbrahimovdan bəhs edildi - VİDEO

Məşhur türk serialında Mübariz İbrahimovdan bəhs edildi - VİDEO

Ölkə

28 Mart 2013, 01:40

Modern.az saytının məlumatına görə, Türkiyənin TRT1 kanalında hər çərşənbə günü nümayiş olunan məşhur “Sakarya Fırat” serialının 140-cı seriyasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilib.

Belə ki, Türkiyənin Şırnak vilayətindəki Çeliktəpə Karakolunda hərbi xidmət keçən Murad adlı türk əsgəri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına erməni hərbçilərilə necə döyüşdüyünü yoldaşlarına belə anladır.

”Bir axşam Mübariz İbrahimov hərbi hissədən yoxa çıxır. Komandirləri onu tapmaq üçün cəbhədən çox uzaqlarda yaşayan atasına zəng vururlar. Atası xəbəri alınca “siz onu arxada deyil, öndə - düşmən səngərində axtarın” deyə cavab verir. O zaman məlum olur ki, Mübariz İbrahimov düşmən bölüyünün yerləşdiyi səngərə atılaraq təkbaşına ermənilərlə savaşa çıxıb. Əvvəlcə odlu silahla vuruşan Mübariz gülləsi qurtarında süngü davası edir. O, təkbaşına 45 erməni hərbçisini məhv edir. Özü isə qəhrəmancasına həlak olur. Ermənilər onun ölüsündən belə, qorxduqları üçün meyitinin əllərini bağlayırlar. Azərbaycan tərəfi Mübarizin meyitini yalnız 2 aydan sonra, həm də əlləri bağlı vəziyyətdə geri ala bilir”.

Filmdə bu gerçək hekayəni dinləyən türk mehmetcikləri Mübarizin qəhrəmanlığından riqqətə gələrək, “düşmən Mübarizin ölüsündən belə, qorxurmuş” deməyi unutmurlar...  

“Sakarya Fırat” serialının 140-cı seriyasında Mübariz İbrahimovdan düz üç dəfə, həm də ətraflı bəhs olunur.

Türk hərbçilərinin PKK-nın girovluğundan azad etdiyi agsaqqal muəllim də mehmetciyə türk torpaqlarında gedən qanlı müharibələri xatırladaraq, belə məsləhət verir: “SarayBosnanı, Kipri, Qarabağı unutmayın. Qarabağın şəhid övladı Mübarizi unutmayın!”.

Bu seriyanın bir yerində isə Celiktəpə karakolunun “Şəhidlər lövhəsi”nə şəhid türk əsgərlərilə yanaşı, Mübariz İbrahimovun da fotosunu vururlar. Mübarizin fotosunun “Şəhidlər lövhəsi”nə yerləşdirilməyi filmdə geniş planda nümayiş etdirilir.
Azərbaycanın Milli Qəhrəmanından bəhs edən həmin anlar yəqin ki, xüsusilə azərbaycanlı tamaşaçıları daha çox tesirləndirib.

Modern.az-ın məlumatına görə, tanınmış kinosenarist Osman Sınavın yazdığı senari əsasında ekranlaşdırılan “Sakarya Fırat” serialı cəsur türk əsgərlərinin dağlardakı PKK silahlılarına qarşı şücaətini əks elətdirir. 2009-cu ildən etibarən TRT1-də yayımlanan “Sakarya Fırat” serialı qəhrəman mehmetcikdən bəhs etdiyi üçün bütün türk dünyası tərəfindən maraqla izlənilən filmlərdəndir.

Serialın çekilişləri Türkiyənin İsparta vilayətinin Atabəy qəsəbəsində gerçəkləşdirilir.

Filmin baş qəhrəmanı uzman jandarma Osman Kanat Şırnakdakı Çeliktəpə Karakolunda hərbi xidmət keçir. Bu xidmət müddətində o, öz qəhrəman bölüyü ilə  PKK-ının terrorçu dəstələrinə qarşı ölüm-dirim savaşlarından keçməli olur.

Serialın 140-cı bölümündə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edildiyinə görə, “Sakarya Fırat”ın yaradıcı heyətinə birmənalı şəkildə təşəkkür edirik...

 

Adəm Qorxmaz
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı