Modern.az

“Kəmaləddin Heydərova zəng etsəm, bu dəqiqə Elçibəyin oğlunu işə götürər”

“Kəmaləddin Heydərova zəng etsəm, bu dəqiqə Elçibəyin oğlunu işə götürər”

Ölkə

28 Mart 2013, 16:40

“Ərturqut işləmək istəmir”

“Mən Elçibəyin oğluna dedim ki, hara istəyirsən gəl səni işə düzəldim. O istəmədi. Hətta dedim ki, istəyirsənsə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yanında işə düzəldim, yenə qəbul eləmədi”.

Bu fikiləri Modern.az saytına açıqlamasında Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib.

Qardaşı oğlu Ərturqut Əliyevin işsizliyindən narahat olduğunu deyən Almurad Əliyev ona dəfələrlə iş təklifi etdiyini bildirib. Onun sözlərinə görə, Ərturqut Əliyevin indiyə kimi işsiz olmasının günahkarı özüdür.

“Belə bir xəbər yayılmışdı ki, Ərtuqut iş üçün deputatlardan kömək istəyib. İnanırsınız mən özüm ondan çox narahat idim. Dəfələrlə Ərturquta deyirdim ki, “ürəyin hara istəyir səni ora işə düzəldim. Dövlət işi istəyirsənsə, xahiş-minnət edim, düzəldərəm. Amma o özü işləmək istəmir Hətta deyirdim ki, Kəmaləddin müəllimlə yaxın münasibətlərim var, onun yanında sənə iş tapım, get işlə. Ərturqut qəbul eləmədi.  
Mən əlimdən gələni edirdim ki, qardaşımın balasıdır, işsiz qalmasın. İnanırsınız, bu dəqiqə mən Kəmaləddin Heydərova zəng vursam Ərturquta iş verər”-deyə A.Əliyev qardaşı oğlundan gileylənib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı