Modern.az

Rəsul Quliyevdən Arif Hacılıya təhqir: “Ağzına gələni havaya səpələmə!” - QALMAQAL

Rəsul Quliyevdən Arif Hacılıya təhqir: “Ağzına gələni havaya səpələmə!” - QALMAQAL

Ölkə

29 Mart 2013, 10:14

“Mən yazımda naxçıvanlı-ermənistanlı qarşıdurma yaratmaq cəhdini ağılsız hərəkət kimi pisləmişəm. Cavab verən niyə bu məsələnin onlara aid olduğunu qəbul edib ağzına gələni havaya səpələyir. Niyə başqa partiyadan olanlar bu ittihama görə narahat olmur?”.

Modern.az bildirir ki, bu sözləri Milli Məclisin keçmiş sədri Rəsul Quliyev Müsavat başqanının müavini Arif Hacılının onunla bağlı KİV-ə verdiyi tənqidi açıqlamasını şərh edərkən bildirib.

A.Hacılının Rəsul Quliyevi ahıl adlandırması eks-spikerin xoşuna gəlməyib. “Mən hələ ahıl olmayan vaxtlarda bu tip insanlara yuxarıdan aşağı baxırdım, indi də davam edirəm. Mən həmin 1992-93-cü illərdə də bu tipli adamların xalqın başına gətirəcəyi bəlaları görürdüm,  danışırdım və onların da heç vaxt cəsarətləri çatıb cavab vermirdilər. ABŞ-da görüşəndə də onları kifayət qədər tənqid etməyimə baxmayaraq heç vaxt cavab verən görməmişəm”-deyə R.Quliyev  Müsavat Partiyası rəsmisinin ünvanına sərt sözlər işlədib. O, daha sonra deyib:
 
“Həmişə arxadan zərbə vurmağa öyrənmiş bu insanlar heç vaxt düzələ bilməzlər. Məni ahıl,  özünü isə gənc sayan bu insanlar fikirmcə, gənc doğulublar, elə gənc də bu dünyanı tərk edəcəklər, heç vaxt qocalmayacaqlar. Anadan olduqları rayonlarda insanların real yaşayış şəraitindən xəbəri olmayan, insanların real gəliri və xərclərinin balansını qura bilməyən şəxslərin özlərini Azərbaycanın lideri görmək arzularına nə adı verə bilərsiniz? Fikir verin, 1990-cı illə 2013-ci il düşüncə və danışıq tərzində heç bir dəyişiklik baş verməyib”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı