Modern.az

Ərturqut Elçibəy minnət qoyandır, minnət götürən yox

Ərturqut Elçibəy minnət qoyandır, minnət götürən yox

Ölkə

29 Mart 2013, 11:25

Elçibəyin oğlu işsizdir. Bu haradasa mənə yaxın mövzudur. Amma onun bəxti gətirib. Almurad kimi əmisi var. Mənim heç əmim də yoxdur. Day-dayım da... Amma kimə yaxınlaşsam atamın dostudur və ya atamın dostunun oğlu. Ramiz Mehdiyev də, Kəmaləddin Heydərov da, xalaoğlu Əbülfəs Qarayev də, Fəttah Heydərov kimi neçə-neçə millət vəkili də. Amma hamısı hay verəndir, mən isə yetim.   

Ərturqut da yetimdir. Almurad əmisi deyir ki, işləmək istəmir. Çox qəribədir – mən də işləmək istəmirəm. Görəsən pul cibimizi dağıdırmı? Yox! Bəs onda niyə işləmək istəmirik. Əmisi ona deyir ki, gəl xahiş-minnət edim, səni işə düzəldim.O isə istəmir. Niyə? Çünki o eks-prezident oğludur.

Elçibəy Heydər Əliyevi Bakıya dəvət edən və bununla da onun prezidentliyinə, ikinci dəfə siyasi karyerasına yol açan səbəbkardır, 15 iyun qurtuluş gününü tarixə salan da məhz Əbülfəz Elçibəydir.
Bəs onda Almurad bəy niyə ortalığa düşməlidir? Kəmaləddin Heydərova niyə müraciət etməlidir? Və yaxud da kiməsə xahiş-minnət?.. Axı Azərbaycanın 2-ci prezidenti olan Əbülfəz Elçibəy elə-belə adam olmayıb? Hələ prezidentliyini bir kənara qoyuram...

Almurad əmi, Ərturqut düz eləyir. Onun xahiş-minnətə ehtiyacı yoxdur. Çünki lazım gəlsə, onun kiməsə minnət qoymağa haqqı var, minnət götürməyə yox. Hərdən məndən soruşanda ki, işləmirsən, bəs nə ilə dolanırsan? Deyirəm ki, mən Heydər Əliyevlə Şair Qabilin çörəyini yeyirəm. Ərturqutda isə vəziyyət tam başqadır. O atasının çörəyini yeyə bilmir, amma kim, kimlər, kimlərsə onun atasının və Heydər Əliyevin çörəyini yeyirlər. Minnət qoyan odur. Ona görə də ona minnətli çörək lazım deyil.

O ki qaldı Kəmaləddin Heydərova?! Onu gözəl tanıyıram. Almurad kişi təsadüfən yüz nazirin içindən onun adını çəkməyib. Çünki çörəkverəndir. Özü də minnətsiz-zadsız. Ərturqut, minnətli- xahişli dövlət işindənsə, Ər Fəttahın Kəmaləddin oğlunun paketli maaşı daha üstündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı