Modern.az

Aprelin 7-də keçiriləcək sınaq imtahanına yazılış başa çatdı - yerlər doldu

Aprelin 7-də keçiriləcək sınaq imtahanına yazılış başa çatdı - yerlər doldu

Ölkə

29 Mart 2013, 12:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, TQDK tərəfindən 2013-ci il aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılış başa çatmaq üzrədir.

İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb və qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb.  

29 mart  saat 10:30-a  olan məlumata əsasən ayrılan yerlərdən yalnız 2-nə yazılış edilməyib. 

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 14-də keçiriləcək və həmin tarix üzrə yazılış davam edir.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı