Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Ölkə

1 Aprel 2013, 10:15

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

1992-ci il martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışmış Rəhim Qazıyevin geniş təqdimata ehtiyacı yoxdur. Şuşa şəhərinin işğalında, vətənə xəyanətdə, ümumilikdə Cinayət Məcəlləsinin 3 maddəsi üzrə ittiham edilərək 1995-ci ildə onun haqqında ölüm hökmü çıxarıldı. Sonradan güllələnmə cəzası ömürlük həbslə əvəz ediləndə Rəhim Qazıyev də vaxtınan əvvəl o dünyaya getməkdən qurtuldu. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Bu dəfə Rəhim Qazıyevin oxşarını tapdıq... Sizcə, Rəhim Qazıyevin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?

Biz onun oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Rəhim Qazıyevin oxşarı da baxtilə Azərbaycan vətəndaşı olub. Jurnalistika sahəsində kifayət qədər tanınan şəxsdir. Söhbət “BBC Azərbaycanca” radiosunun erməni milliyətindən olan  müxbiri Aleksey Manvelyandan gedir. Aleksey Manvelyan Dağlıq Qarabağ Muxtar Vilayətində, keçmiş Ağdərə rayonunda anadan olub. Goranboy rayonunun Qazanbulaq qəsəbəsində 8-illik məktəbi bitirib, 9-10-cu sinifləri Naftalanda başa vurub. Ali təhsilini Azərbaycan SSR Politexnik İnstitutunda alıb. İxtisasca maşınqayırma üzrə mühəndisdir. Bir müddət Gəncə şəhərində yaşayıb. Qarabağ münaqişəsi başlayanda Azərbaycanı tərk edib, 1989-cu ildən İrəvanda yaşayır. 
Azərbaycan dilini təmiz bilən Aleksey Manvelyan vaxtaşırı “BBC Azərbaycanca” radiosu üçün elə azərbaycanca materiallar haxırlayır.

Diqqətlə baxanda Rəhim Qazıyevlə Aleksey Manvelyanın zahiri görünüşündə, saç düzümündə, sifət cizgilərində həddindən çox bənzərlik görmək mümkündür.

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Eks-müdafiə naziri Rəhim Qazıyev


“BBC Azərbaycanca”nın müxbiri Aleksey Manvelyan

A.Qorxmaz   

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/

Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/

Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/

Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/

Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/


Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/

Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/


Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/

Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/ 

Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/


Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/


Azərbaycandakı oxşarlar - XV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35675/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı