Modern.az

Müsavatdan AÇIQLAMA: “İsa Qəmbər və Əli Kərimli bir-birinə mane olmur”

Müsavatdan AÇIQLAMA: “İsa Qəmbər və Əli Kərimli bir-birinə mane olmur”

Ölkə

2 Aprel 2013, 13:06



Müsavat Partiyası artıq 2013-cü il prezident seçkisində iştirakla bağlı qərar verib. Belə ki, partiyanın namizədi Müsavat başqanı İsa Qəmbərdir. İctimai Palatada təmsil olunan Müsavat və AXCP kimi aparıcı müxalifət partiyalarının prezident seçkisində vahid namizədlə iştirakı artıq qeyri-mümkün görünür. Çünki İsa Qəmbərin namizədliyini verməsi birmənalı qarşılanmır. AXCP də artıq yay aylarında öz namizədlərini elan etməklə bağlı qərarını açıqlayıb. Bu ziddiyyətli məqamlar və siyasi maraqlar İctimai Palatanın taleyini sual altına qoyurmu?

  Bu barədə Modern.az-a danışan Müsavat Partiyasının başqan müavini, İP-nin Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı hesab edir ki, İctimai Palata üçün heç bir ciddi təhlükə gözlənilmir.  

“İctimai Palata seçkilər haqqında qərarını ötən ilin dekabr ayında verib. Belə razılıq əldə olunub ki, kim namizədliyini vermək niyyətindədirsə, bunu edə bilər. Namizədliyi sonrakı dönəmdə verməklə bağlı da hər hansı bir problem olmadığı İctimai Palatada  vurğulanıb. Bu yaxınlarda AXCP öz namizədini müəyyənləşdirməklə bağlı məlumat yayıb. Biz burda İctimai Palatanın fəaliyyəti üçün heç  bir problem görmürük. İctimai Palata öz proqramına və qəbul etdiyi qərarlara uyğun olaraq hərəkət edir. İctimai Palata burada təmsil olunan partiyalar və şəxslərin namizədlərini irəli sürülməsinə sərbəstlik tanıyır. Kiminsə namizədliyinin irəli sürülməsi digərinə mane kimi qəbul olunmur. İşlər də bu istiqamətdə davam edir”-deyə bildirib. 

Aqşin Kərimov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı